AQTA sədri ilə FAO nun rəsmiləri arasında görüş olub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsinin müavini Nabil Gangi və FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşüb.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Görüşdə AQTA və FAO arasında mövcud əməkdaşlığın nəticələri, həyata keçirilən birgə layihələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Xüsusilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində FAO ilə birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu çərçivədə qida təhlükəsizliyi nəzarətinin rəqəmsallaşdırılması, heyvanların identikləşdirilməsi, izlənəbilənlik sisteminin inkişafı, laboratoriya potensialının gücləndirilməsi, sərhəd-keçid məntəqələrində nəzarət infrastrukturunun yaradılması və HACCP sisteminin tətbiqinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Bununla yanaşı, qida istehlakı məlumat bazasının ölkə miqyasında genişləndirilməsi, Azərbaycanın Kodeks Koordinasiya Komitəsinin Avropa regionu üzrə növbəti koordinatoru rolunun dəstəklənməsi, qida təhlükəsizliyində süni intellekt və böyük verilənlər (Big Data) texnologiyalarının tətbiqi, risklərin təhlili sahəsində təcrübə mübadiləsi, eləcə də 2027-ci ildə Bakıda keçiriləcək Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) tədbirlərinə FAO-nun ekspert və institusional dəstəyi məsələləri müzakirə olunub.
Görüşdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 05 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















