İran rəsmiləri ilə Avropa ölkələri heyəti arasında görüş olub İstanbulda (Yenilənib)
Icma.az bildirir, Mia.az portalına istinadən.
İranla Böyük Britaniya, Fransa və Almaniya nümayəndə heyətləri ikinci dəfə bir araya gəliblər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İranın İstanbuldakı Baş Konsulluğunda baş tutan görüşdə Tehranın nüvə obyekləri ətrafında müzakirə edilib.
Məlumata görə, Xarici işlər nazirinin müavinləri səviyyəsində keçirilən danışıqlarda İranı xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil ediblər.
Görüşlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, İran 2015-ci ildə imzalanmış nüvə sazişinin Avropa tərəflərinin tələbi ilə danışıqların yeni raundunun keçirilməsinə razılıq verib.
***
İran və Avropa İstanbuldakı danışıqlardan sonra danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Mia.az xəbər verir ki, bu barədə İstanbuldakı danışıqlarda yer alan İran xarici işlər nazirinin müavini Kazem Gharibabadi açıqlama verib.
O bildirb ki, İstanbulda Avropa təmsilçiləri ilə ciddi, açıq və təfərrüatlı bir görüş keçiriblər: "Görüşdə sanksiyaların ləğvi və nüvə məsələsi ilə bağlı son durum müzakirə edildi və araşdırıldı. Həmçinin bəzi Avropa ölkələrinin İsrailin İrana hücumlarında Təl-Əvivə dəstəyinin gündəmə gətirildi və açıq sərt mövqeyimizi ortaya qoyduq. Biz prinsipial mövqelərimizi, o cümlədən snapback mexanizmini izah etdik. Hər iki tərəf görüşə konkret ideyalarla gəldi və bu ideyaların müxtəlif aspektləri mübahisələndirldi. Bu məsələ ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi razılaşdırıldı".
F.Əhməd
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 İyul 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















