AQTA da quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş olub FOTOLAR
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikada fəaliyyət göstən quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya bildirilib ki, görüşdə son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyətin gərgin olması barədə məlumat verilib. Quş qripinin qeydə alındığı bölgələr tədbir iştirakçılarının bir daha diqqətinə çatdırılıb və həmin xəstəliyə qarşı mübarizə tədbirləri, həmçinin idxala dair nəzarət və tənzimləmə məsələləri müzakirə olunub.
Görüşün yekununda xəstəliyə şübhəli hal olduğu təqdirdə Agentliyə və ya yerli baytarlıq idarələrinə məlumat verilməsinin vacibliyi nəzərə çatdırılıb, iştirakçılarının sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 10 Fevral 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















