AQTA sədri sahibkarlarla görüşəcək
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli oktyabrın 30-u saat 14:00-da agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və digər sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı agentlik sədri ilə görüşə bilərlər.
Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 99) 786 77 86 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla oktyabrın 29-dək müraciət edə bilərlər.
Baxış sayı:81
Bu xəbər 27 Oktyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















