Icma.az
close
up
RU
AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyinin obyektiv qiymətləndirilməsi və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunun təmin olunması məqsədilə növbəti səriştəlilik sınağını elan edir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, budəfəki sınaq buğdada zərərvericilərlə zədələnmiş dənlər, şüşəvarilik, cücərmiş və sürməli dənlər, orqanoleptik göstəricilər, yaş qlütenin miqdarı, nəmlik, natura, zibil qarışığı, sedimentasiya və düşmə ədədi parametrlərinin kəmiyyətcə təyini üzrə aparılacaq.

Səriştəlilik sınaqları ISO 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur və qiymətləndirmələr həmin standartın tələblərinə uyğun şəkildə həyata keçirilir.

Sınaqda iştirak üçün sentyabrın 1-dək müraciət etmək olar. Laboratoriyalar “Müraciət forması”nı dolduraraq [email protected] elektron ünvanına göndərməlidirlər.

Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsində (www.afsi.gov.az) “Xidmətlər” bölməsinin “Səriştəlilik sınaqları” alt bölməsində tanış olmaq mümkündür. Sınaq nəticələri institutun saytında fərdi laboratoriya nömrələri ilə açıqlanacaq və nəticələrin konfidensiallığı tam şəkildə qorunacaq.

Qeyd edək ki, təşkil olunan səriştəlilik sınağı laboratoriyaların analiz nəticələrinin düzgünlüyünü və etibarlılığını təmin etməklə yanaşı, sınaq nəticələrinin keyfiyyətinin yüksəldilməsinə, personalın peşəkar bacarıqlarının təkmilləşdirilməsinə, rutin analizlərin obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edir və bütövlükdə ölkədə qida təhlükəsizliyi infrastrukturunun inkişafına mühüm töhfə verir.

AQTİ bütün müvafiq laboratoriyaları səriştəlilik sınaqlarında fəal iştirak etməyə dəvət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri