Icma.az
close
up
RU
AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün növbəti səriştəlilik sınağını təşkil edir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səriştəlilik sınağı ət və ət məhsullarında (kolbasa) nitrit, nəmlik, nişasta parametrlərinin kəmiyyətcə təyini üzrə keçiriləcək. Həmin sınaq laboratoriyaların analiz nəticələrinin düzgünlüyünü və etibarlılığını yoxlamaq üçün yaradılan növbəti fürsətdir.

Kolbasa məhsulunda nitrit, nəmlik və nişasta analizləri məhsulun təhlükəsizliyi və keyfiyyətinin qiymətləndirilməsi baxımından mühüm rol oynayır. Belə səriştəlilik sınaqları laboratoriya mütəxəssislərinin peşəkar inkişafına da mühüm töhfə verir

Səriştəlilik sınaqları ISO 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur və qiymətləndirmələr də bu standartın tələblərinə uyğun şəkildə aparılır.

Müraciət üçün son tarix mayın 31-dir.

Laboratoriyalar iştirak üçün “Müraciət forması”nı dolduraraq [email protected]  elektron ünvanına göndərməlidirlər. Sınaq nəticələri tamamlandıqdan sonra isə “Nəticələrin qeydiyyat forması” eyni ünvan vasitəsilə təqdim olunmalıdır.

Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsində (www.afsi.gov.az) “Səriştəlilik sınaqları” bölməsində tanış olmaq mümkündür. Həmçinin Azərbaycan Akkreditasiya Mərkəzinin rəsmi internet səhifəsində (https://accreditation.gov.az/az/seristelilik-sinaqlari-teminatcilari-barede-melumat) səriştəlilik planları ilə tanış olma imkanı yaradılıb.

Sınaq nəticələri İnstitutun saytında individual laboratoriya nömrələri ilə açıqlanacaq və nəticələrin konfidensiallığı tam şəkildə qorunacaq.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu bütün müvafiq laboratoriyaları səriştəlilik sınaqlarında iştirak etməyə dəvət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri