AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyini obyektiv qiymətləndirmək və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunu təmin etmək məqsədilə növbəti səriştəlilik sınağını elan edir. Budəfəki sınaq qida məhsullarında yağlılıq, nəmlik və kül parametrlərinin təyini üzrə keçiriləcək.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, səriştəlilik sınaqları ISO 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur, qiymətləndirmə də həmin standartın tələblərinə uyğun aparılır. Sınaqda iştirak üçün noyabrın 25-dək müraciət etmək olar. Laboratoriyalar “Müraciət forması”nı doldurub [email protected] elektron ünvanına göndərməlidir.
Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsinin (www.afsi.gov.az) “Xidmətlər” bölməsindəki “Səriştəlilik sınaqları” alt bölməsində tanış olmaq mümkündür. Sınaq nəticələri institutun saytında fərdi laboratoriya nömrələri ilə açıqlanacaq, nəticələrin konfidensiallığı isə tam qorunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 04 Noyabr 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















