Icma.az
close
up
RU
AQTİ rəsmisi: Qida təhlükəsizliyi sistemi beynəlxalq əməkdaşlıq müstəvisində inkişaf etdirilir

AQTİ rəsmisi: Qida təhlükəsizliyi sistemi beynəlxalq əməkdaşlıq müstəvisində inkişaf etdirilir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 26 avqust, AZƏRTAC

Qida təhlükəsizliyi sistemi beynəlxalq əməkdaşlığın mühüm təminatçılarından biridir. Bu istiqamətdə həm beynəlxalq təşkilatlarla, həm də müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri qurulub və təcrübə mübadiləsi aparılmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu çərçivədə Azərbaycanda səfərdə olan Özbəkistanın müvafiq qurumlarını təmsil edən geniş tərkibli nümayəndə heyəti ilə görüşlər keçirilir: “Qonaqlara ölkəmizdə tətbiq edilən qida təhlükəsizliyi sistemi, bu sistemin beynəlxalq qurumlar tərəfindən dəstəklənməsi istiqamətində əldə olunan nəticələr barədə ətraflı məlumat verilib. Həmçinin iki ölkənin müvafiq qurumları arasında davam edən əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda da olub. Burada onlara institutun fəaliyyət istiqamətləri, laboratoriya şəbəkəsi, həmin şəbəkənin idarəolunması mexanizmləri və elmi potensialın gücləndirilməsi istiqamətində görülən işlər təqdim edilib. Qonaqlar institutun müxtəlif laboratoriyaları ilə yerində tanışlıq imkanı qazanıblar”.

Sədr müavini vurğulayıb ki, görüş çərçivəsində institutun departamentləri ilə ikitərəfli müzakirələr aparılıb, gələcək əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi həyata keçirilib. “Azərbaycanın qida təhlükəsizliyi sistemi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Özbəkistanla bu sahədə əməkdaşlığın inkişafı isə həm ölkələrimiz, həm də region üçün mühüm əhəmiyyət daşıyır”, - deyə R. Nəbiyev əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri