Icma.az
close
up
RU
AQTİ rəsmisi: Təhsil müəssisələrində qida təhlükəsizliyi standartlarının qorunması üzrə sistemli şəkildə tədbirlər həyata keçirilir

AQTİ rəsmisi: Təhsil müəssisələrində qida təhlükəsizliyi standartlarının qorunması üzrə sistemli şəkildə tədbirlər həyata keçirilir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 sentyabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycanın təhsil müəssisələrində qida təhlükəsizliyi tədbirləri gücləndirilir. Uşaq bağçalarında, orta və ali təhsil müəssisələrində qida təhlükəsizliyi standartlarının qorunması məqsədilə müvafiq hazırlıq işləri, monitorinq və nəzarət mexanizmləri tətbiq olunur. Bu tədbirlər çərçivəsində qida məhsullarının keyfiyyəti, saxlanma şəraiti və uşaqların sağlam qidalanması sistemli şəkildə yoxlanılır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev bildirib.

O deyib ki, təhsil, tibb, habelə sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qidalanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş qida normalarına əsasən təşkil edilir: “Agentlik bir müddətdir müvafiq qurumların iştirakı ilə yeni qida normalarının layihəsinin hazırlanması işlərini aparır və artıq layihənin qəbul edilməsi üzrə prosedurlar başlanıb. Yeni qida normalarının tətbiqi təhsil alan şəxslərin düzgün qidalanmasını təmin etməklə onların sağlam inkişafına xidmət edəcək. Eyni zamanda, bu normalar qida təhlükəsizliyi standartlarının tətbiqini və sanitar-epidemioloji tələblərə uyğunluğun təmin olunmasını mümkün edəcək. Sağlam qidalanmanın təşkili ilə yanaşı, qida zəhərlənmələri və digər qida ilə əlaqəli xəstəliklərin qarşısının alınması istiqamətində mühüm addımlar atılır”.

Ramazan Nəbiyev, həmçinin vurğulayıb ki, təhsil müəssisələrində qida məhsullarının keyfiyyəti və saxlanma şəraitinə illik monitorinqlər vasitəsilə nəzarət həyata keçirilir. Monitorinqlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər qurumların nümayəndələri iştirak edirlər. Agentliyin nümayəndələri uşaqların qidalanmasının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu yoxlayırlar. “Bundan əlavə, agentliyə daxil olan şikayətlər əsasında təhsil müəssisələrində müvafiq nəzarət tədbirləri keçirilir və aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülür”, – deyə o diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see362

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see142

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see142

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri