Icma.az
close
up
RU
AQTİ rəsmisi: Qida təhlükəsizliyi üzrə davamlı maarifləndirmə mexanizmi formalaşdırılır

AQTİ rəsmisi: Qida təhlükəsizliyi üzrə davamlı maarifləndirmə mexanizmi formalaşdırılır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Son illərdə qida zəhərlənmələrinin profilaktikası və əhalinin maarifləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev AZƏRTAC-a açıqlamasında bildirib ki, bu tədbirlərin əsas məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən müəssisələrdə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə yanaşı, ölkəmizdəki qida zəhərlənmələri hallarının əksəriyyətinin məişət zəminində baş verdiyi nəzərə alınmaqla həm də istehlakçılar arasında təhlükəsiz qida davranışlarının təşviq edilməsidir. Maarifləndirmə fəaliyyəti müxtəlif istiqamətləri əhatə edir.

O qeyd edib ki, ictimai iaşə sektorunda fəaliyyət göstərən əməkdaşlar üçün qida gigiyenası, sanitariya normaları və təhlükəsiz saxlanma qaydaları üzrə mütəmadi təlimlər, seminarlar və maarifləndirici görüşlər təşkil olunur. Bununla yanaşı, geniş ictimaiyyət üçün həyata keçirilən maarifləndirmə kampaniyaları vasitəsilə təhlükəsiz qida istehlakına dair düzgün vərdişlərin aşılanması, mövsümi risklərin qarşısının alınması və profilaktik tədbirlərin vaxtında görülməsinin əhəmiyyəti istehlakçılara çatdırılır. Hazırlanan məlumatlandırıcı materiallar, maarifləndirici videoçarxlar, qısa reels formatlı məzmunlar, eləcə də podkastlar sosial şəbəkələr və kütləvi informasiya vasitələri ilə geniş auditoriyaya təqdim edilir. Bundan əlavə, məktəblərdə və digər təhsil müəssisələrində maarifləndirici görüşlər və açıq dərslər təşkil olunur, metodiki vəsaitlər, broşürlər və digər çap materialları hazırlanaraq iştirakçıların istifadəsinə verilir”, - deyə AQTİ rəsmisi vurğulayıb.

R.Nəbiyev əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyinin rəsmi internet resursları və sosial media platformalarında da mütəmadi olaraq məlumatlandırıcı paylaşımlar edilir: “Ümumilikdə, həyata keçirilən bu tədbirlər qida təhlükəsizliyi üzrə davamlı maarifləndirmə mexanizminin formalaşdırılmasına, əhalinin məlumatlılıq səviyyəsinin yüksəldilməsinə, təhlükəsiz istehlak vərdişlərinin möhkəmlənməsinə xidmət edir”.

AQTİ rəsmisi vurğulayıb ki, görülən işlər qida zəncirində iştirak edən bütün tərəflər arasında məsuliyyətli yanaşmanın güclənməsinə və nəticə etibarilə qida zəhərlənmələrinin profilaktikasında dayanıqlı nəticələrin əldə olunmasına xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri