Ara məsafəsini gözləməyən sürücüyə cinayət işi açıldı
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
İsveçrədə ciddi qayda pozuntuları zamanı cərimənin məbləği illik gəlirlərə əsasən hesablanır. Ciddi qayda pozuntularında qərarı polis deyil, məhkəmə verir.
Avtosfer.az xəbər verir ki, bir cenevrəlinin yol hərəkəti qaydalarını pozması ilə bağlı məhkəmə prosesi artıq başa çatıb.
Istintaq materiallarından məlum olur ki, sürücü Sürix istiqamətində hərəkətdə olarkən ara məsafəsi saxlamayıb. O, magistralda sol cərgədə 110-120 km/saat sürətlə hərəkət etdiyi halda qarşıdakı avtomobillə ara məsafəsi cəmi 8 metr olub. Buna görə də ona qarşı “təhlükədə qoyma” maddəsi ilə cinayət işi açılıb.
Məhkəmə ona 50 günlük gəliri məbləğındə - 98 500 frank (təxminən 200 000 AZN) cərimə tətbiq edib. Vergi orqanlarının təqdim etdiyi sənədə əsasən, sürücünün illik 1,6 milyon frank gəliri var.
Cəriməni ödəməmək üçün o, 2 il ərzində heç bir xətaya yol verməməlidir.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 27 Noyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















