Icma.az
close
up
RU
Araşdırma: “Instagram” uşaqlar üçün hələ də təhlükə yaradır

Araşdırma: “Instagram” uşaqlar üçün hələ də təhlükə yaradır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 sentyabr, AZƏRTAC

Araşdırmaların nəticələrinə görə, yeniyetmələri zərərli məzmundan qorumaq üçün nəzərdə tutulmuş “Instagram” alətləri onların intihar və özünə zərərvurma ilə bağlı paylaşımlara baxmasının qarşısını ala bilmir.

AZƏRTAC-ın xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçılar bildiriblər ki, “Meta” şirkətinə məxsus sosial şəbəkə uşaqları “böyüklər tərəfindən açıq seksual məzmunlu şərhlər alan postlar paylaşmağa” təşviq edib.

Uşaq təhlükəsizliyi üzrə qruplar və kibertədqiqatçılar tərəfindən aparılan testlər göstərib ki, “Instagram”da yeniyetmələr üçün nəzərdə tutulmuş 47 təhlükəsizlik alətindən 30-u “əhəmiyyətli dərəcədə qeyri-effektiv olub və ya artıq mövcud deyil”.

“Meta” araşdırmanın nəticələrini təkzib edərək bildirib ki, onların müdafiə tədbirləri nəticəsində yeniyetmələr “Instagram”da daha az zərərli məzmun görürlər.

Şirkət 2024-cü ildə “Instagram”da yeniyetmələr üçün hesablar təqdim edib, bunun gəncləri daha yaxşı qoruyacağına və valideynlərə onların fəaliyyətinə daha yaxşı nəzarət imkanı verəcəyinə əmin olduğunu açıqlayıb. 2025-ci ildə bu imkanlar “Facebook” və “Messenge”də də tətbiq olunub.

Yeniyetmələrin təhlükəsizliyi ilə bağlı tədbirlərin səmərəliliyinə dair araşdırma ABŞ-ın “Cybersecurity for Democracy” mərkəzi və ekspertlər, o cümlədən informator Arturo Bexar tərəfindən, “Molly Rose Foundation” da daxil olmaqla uşaq müdafiə qrupları adından aparılıb.

Tədqiqatçılar bildiriblər ki, saxta yeniyetmə hesabları yaratdıqdan sonra bu alətlərlə bağlı ciddi problemləri aşkar ediblər. Belə ki, 47 vasitədən 30-u qeyri-effektiv olub və ya mövcud olmayıb, doqquz alət “zərəri azaldıb, lakin məhdudiyyətlərə malik olub”.

Alimlərin sözlərinə görə, təhlil edilən 47 alətdən yalnız səkkizi səmərəli işləyib. Bu isə o deməkdir ki, yeniyetmələrə göstərilən məzmun “Instagram”ın öz qaydalarını da pozub. Buraya “alçaldıcı seksual hərəkətlərin” təsvir edildiyi postlar, həmçinin intihar, özünə zərərvurma və ya qidalanma rejiminin pozuntularını təşviq edən axtarış sorğularının avtotamamlama təklifləri daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see307

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see297

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see281

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see279

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see273

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see271

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see253

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see224

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see219

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see216

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see213

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see207

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see203

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see197

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see194

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see191

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see188

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see180

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri