Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ATƏT də dərin böhran yaşanır

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ARAZ MUSAYEVƏ SUİ QƏSD MÜƏMMASI... Azərbaycan idmanını kriminallaşdıran kimlərdir?

ARAZ MUSAYEVƏ SUİ QƏSD MÜƏMMASI... Azərbaycan idmanını kriminallaşdıran kimlərdir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Təəssüf ki, Azərbaycan cəmiyyətinin əksər sferalarında və təbəqələrində kriminala meyllər getdikcə azalmaq əvəzinə artmaqdadır. Bu bəla o qədər dərinə işləyib ki, artıq orta məktəb partalarına qədər belə gedib çatıb. Təəssüf ki, həmçinin, idmanımız da kriminalın tüğyan etdiyi sahələrdən birinə çevrilib...

Bu günlərdə Türkiyənin Antalya şəhərində Muay-Tay Federasiyasının sədri Araz Musayevin günün günorta çağında, onlarla insanın əhatəsində və gözü qarşısında nümayişkaranə şəkildə bıçaqlanması Azərbaycan idmanında illər uzunu davam edən kriminallaşmanın açıq təzahürü və bu şəkildə üzə çıxması sayıla bilər. Qardaş ölkədə törədilən bu suqi-qəsd cinayəti Azərbaycan idmanının və ümumilikdə ölkəmizin adına qətiyyən başucalığı gətirmir. Türkiyə kanallarının da geniş yer verdiyi bu biabırçılıq bir daha idmanımızın kriminallaşmasının federasiya başçıları səviyyəsinə qədər çatdığını göstərdi.

Yeri gəlmişkən, qeyd edək ki, Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adını çəkib və bu cinayəti onun sifariş etdiyini iddia edib: "Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub... Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım killer tutmaq oldu".

Adil Əliyev isə cavabında Musayevin ona böhtan atdığını deyib: “Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yolverilməzdir... Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu, iyrənc yalandır... Hələ istintaqın nəticələri bəlli deyil. Belə olan halda Araz Musayev tələm-tələsik niyə mənim adımı hallandırır? Deməli ortada istintaqı yayındırmaq cəhdi var”.

Adil Əliyevin cavabı məntiqli olmaqla yanaşı, sözügedən şəxslər arasında gərginlik, mübahisə olduğunu dolayısı ilə təsdiqləmiş olur. Lakin cinayətin kimin sifarişilə, nəyə görə törədildiyini, həmçinin, niyə məhz Türkiyədə törədildiyini əlbəttə ki, istintaq müəyən etməlidir.

Ümumiyyətlə, bu işdə çoxlu müəmmallar var. İlk vaxtlarda hətta hadisənin Türkiyədə yerli idmançılarla mübahisə zəminində baş verdiyinə dair mətbuatda yalan iddialar ortaya atılmışdı. Bunun nəyə hesablandığı, nə məqsəd daşıdığı da qaranlıq qalır.

Hələliksə, cinayətlə bağlı bir neçə nəfərin saxlanıldığı və onlardan birinin kikboks üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşən Abdulrəhimov olduğu bildirilir.


Qeyd edək ki, Araz Musayevin özünün də reputasiyası və ona münasibət birmənalı deyil. 2005-ci ilə qədər Azərbaycan Daxili İşlər Nazirliyində kapitan rütbəsi daşıyan Musayev yol verdiyi pozuntulara görə işdən uzaqlaşdırılıb. Buna baxmayaraq, daha sonra Fövqəladə Hallar Nazirliyində işə götürülüb və 2022-ci ildə vəzifəsindən sui-istifadə edərək qanunsuz bina tikdiyi və bunu işıqlandıran jurnalistləri təhqir etdiyi üçün işdən azad olunub.

Ümumiyyətlə, Azərbaycanda az-çox tanınan idmançıların bilik və bacarıqları deyil, sadəcə, idmançı olduqları üçün dövlət orqanlarında vəzifə və rütbə ilə təmin olunması bir çox hallarda mənfi, arzuolunmaz nəticələr verir. Buna dair çoxsaylı misallar gətirmək olar. Ancaq daha acınacaqlısı idmançılarımızın adlarının getdikcə daha tez-tez bu və ya digər kriminal hadisələrdə, “razborkalar”da, cinayət işlərində hallanmasıdır. Bu da çox vaxt onların kimlərəsə arxayın olmasından, arxalarında kimlərinsə durmasından irəli gəlir...


Xatırladaq ki, daha öncə idmançıların iştirakı ilə bir neçə bənzər kriminal hadisələr baş vermişdi. Məsələn, ötən il MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayev idmançı Həsən Əzizovu döymüşdülər. Böyük səs-küyə səbəb olan bu hadisədən sonra 4 idmançıya həbs cəzası kəsilsə də, daha adlı-sanlı idmançı olan Tofiq Musayev yalnız cərimə ödəməklə qurtuldu...

Həmçinin, daha əvvəl idmançı Zaur Yusifov və kriminal avtoritet olduğu deyilən Emin Səfərov arasında baş verən, sonda hər ikisinin qətlə yetirilməsilə başa çatan cinayət hadisələri də idmanla kriminalın bir-birinə qarışdığının göstəricisi idi.

Ümumiyyətlə, Azərbaycanda idmançıların adlarının kriminalda hallandığı hadisə və cinayət işlərinin sayını uzatdıqca uzatmaq olar. Lakin görünən odur ki, ölkə idmanını bu bataqlıqdan uzaq tutmaq üçün heç bir ciddi tədbir görülmür.

Araz Musayev işinə gəlincə, bu məsələnin obyektiv araşdırılması və cinayətin gerçək səbəbinin və sifarişçisinin üzə çıxarılması olduqca vacibdir. Bu, ən azından idmanımızn kriminallaşmasının qarşısını almaq istiqamətində kiçik də olsa bir addım olardı...

C.Məmmədli

“AzPolitika.info”  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 İyun 2025 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see259

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see187

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see179

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see136

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri