Icma.az
close
up
RU
Araz Musayevə sui qəsdin ŞOK TƏFƏRRÜATI: Kimlər və necə saxlanılıblar? KONKRET

Araz Musayevə sui qəsdin ŞOK TƏFƏRRÜATI: Kimlər və necə saxlanılıblar? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün Türkiyə məhkəməsi Antalyada Azərbaycan Muay Tay Federasiyasının prezidenti, doqquzqat dünya çempionu Araz Musayevə sui-qəsd cəhdi ilə bağlı 6 nəfər barəsində həbs qətimkan tədbiri seçib.

KONKRET.az xəbər verir ki, saxlanılanlar Azərbaycan və Özbəkistan vətəndaşlarıdır.

Türkiyə polisinin verdiyi məlumata görə, həbslər Musayevin özünün ifadəsi əsasında həyata keçirilib. Hazırda xəstəxanada müalicəsi davam edir, həyatı üçün təhlükə yoxdur. Federasiya prezidenti bildirib ki, ona qarşı sui-qəsd muzdlu qatillər tərəfindən təşkil edilib.

Bu hadisə ilə bağlı Kəmər prokurorluğunun göstərişi ilə Antalya vilayətinin jandarma idarəsi genişmiqyaslı araşdırmalara başlayıb. Xəbər verdiyimiz kimi, cinayətin təşkilatçısı olduğu iddia edilən Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov saxlanılıb.

Yerdə qalan şübhəlilər Özbəkistan vətəndaşları A.R. və K.K., Eynulla Babazadə, habelə Azərbaycan vətəndaşları Məhəmməd Uznapuroviç Qaytayev, Fuad Babayev və Rəşad Səlimov axtarışa verilib.

Müəyyən edilib ki, şübhəlilərdən bəziləri cinayət yerindən qaçdıqdan sonra avtomobildə paltarlarını dəyişiblər. Daha sonra Antalyanın Göynük səmtindəki dayanacağa gediblər və orada taksiyə minərək hava limanına yollanıblar. Lakin həmin gün A.R. və K.K. Antalya hava limanında polis tərəfindən saxlanılıb.

Eynulla Babazadə daha sonra Moskvanın Domodedovo hava limanında saxlanılıb. Bundan dərhal sonra Antalya jandarma və İnterpolun nümayəndələri Rusiya paytaxtına göndərilib. Babazadə Rusiya polisi tərəfindən Türkiyə hakimiyyətinə təhvil verilib.

İş üzrə digər iki təqsirləndirilən Fuad Babayev və Rəşad Səlimova gəlincə, istintaqa görə, hücumdan sonra onlar Türkiyəni tərk etməyə çalışsalar da, Antalya hava limanında bilet ala bilməyiblər. Hava limanından çıxandan sonra xarici görünüşlərini və paltarlarını dəyişib, saqqallarını qırxıb, yenidən hava limanına qayıdıblar. Lakin onlar orada polis tərəfindən saxlanılıb. Bundan əlavə, Türkiyə polisi cinayətin iştirakçısı olduğu ehtimal edilən digər şəxs Məhəmməd Qaytayevi saxlayıb. İstintaq davam etdirilib, daha sonra digər şübhəli Vüqar Əsədov saxlanılıb.

Saxlanılanların hamısı Kəmər Rayon Prokurorluğunda dindirilib, daha sonra məhkəməyə aparılıb. Özbəkistan vətəndaşlarının ifadəsi alındıqdan sonra A.R. və K.K., məhkəmə onların azadlığa buraxılmasına qərar verib. Eyni zamanda, Azər Həsənov, Eynulla Babazadə, Məhəmməd Qaytayev, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov barəsində həbs-qətimkan tədbiri seçilib.

Hər altı nəfər mütəşəkkil cinayətkar qrup yaratmaqda və qəsdən adam öldürməyə cəhddə ittiham olunur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri