Araz Naxçıvan ev oyunlarını niyə Şamaxıda keçirir?
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Araz-Naxçıvan" ev oyunlarını Şamaxı şəhər stadionunda keçirmək üçün mövsümün əvvəlində müraciət etsə də, arena və hava şəraiti ilə bağlı məhdudiyyət səbəbindən bu yalnız indi mümkün olub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Naxçıvan klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, çempionatın startında matçların Şamaxıda təşkil olunması üçün istək bildirilsə də, həmin vaxt havanın isti olması və stadionda işıqlandırma sisteminin olmaması səbəbindən Peşəkar Futbol Liqası tərəfindən ilk 4 turda gündüz saatlarında qarşılaşmaların keçirilməsinə icazə verilməyib.
Artıq həmin qadağa aradan götürüldüyü üçün komandanın ev görüşlərində sözügedən idman qurğusundan istifadə edəcəyi qeyd olunub.
Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasında ilk iki ev matçını Qəbələ şəhər stadionunda keçirib. V turda baş tutacaq "Turan Tovuz"la matçdan etibarən komandanın ev oyunları Şamaxı şəhər stadionunda təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 01 Sentyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















