Icma.az
close
up
RU
“Araz Naxçıvan”ın əlində, “Turan Tovuz”un xəyalındakı bürünc

“Araz Naxçıvan”ın əlində, “Turan Tovuz”un xəyalındakı bürünc

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının sonuna 2 tur qalsa da, həm qızıl, həm gümüş medalın sahibi, həm də I Liqaya yuvarlanan klub bəllidir.

İdman.biz xəbər verir ki, hələ sahibi müəyyənləşməyən yeganə mükafat bürüncdür.

3-cü yer və Konfrans Liqasına vəsiqəyə iki iddiaçı qalmaqdadır. Amma bürünc böyük ölçüdə “Araz-Naxçıvan”ın öz əlindədir.

Elmar Baxşıyevin yetirmələrinin hesabında 55 xal var. Muxtar Respublika təmsilçisi izləyicisi və yeganə təhlükə olan “Turan Tovuz”u 6 xal qabaqlayır. Bu, son iki tur ərəfəsində böyük üstünlük sayılır.

“Araz-Naxçıvan”ı medaldan cəmi 1 xal ayırır. İki turda qazanılacaq bu xal klubun tarixində ilk medal və avrokuboklarda debüt üçün yetərli olacaq.

Düzdür, komandanı çətin Şamaxı səfəri, ardınca vitse-çempion “Zirə” ilə gərgin qarşılaşma gözləyir. Amma Avropaya bilet üçün bir xal qazanılması kifayət qədər real görünür.

“Araz-Naxçıvan”ın son 2 oyunu:
XXXV tur. “Şamaxı” (s)
XXXVI tur. “Zirə” (e)

“Turan Tovuz”un işi daha çətindir. Qərb təmsilçisi təkcə bürünc və Konfrans Liqasına birbaşa vəsiqə üçün “Araz-Naxçıvan”la mübarizə aparmır. Kurban Berdıyevin yetirmələri eyni vaxtda 4-cü yeri və Konfrans Liqasına nəzəri şansı qorumalıdır. “Sabah”ın nəfəsini az da olsa hiss edən tovuzlular 5 xallıq üstünlüyə malikdir.

“Araz-Naxçıvan”ı keçmək isə hər şeyin maksimal olmasından asılıdır. “Turan Tovuz” son iki turda maksimum xal yığmalı, əsas rəqibi maksimum itki ilə üzləşməlidir.

Qərblilərə Sumqayıt səfərində və “Kəpəz”lə ev görüşündə bir dəfə büdrəməklə bürünc xəyalı ilə vidalaşacaq. Amma iki qələbə də yetərli deyil. Çünki Tovuz klubunun bürüncə çatması üçün naxçıvanlıların da xal toplamaması vacibdir.

“Turan Tovuz”un son 2 oyunu:
XXXV tur. “Sumqayıt” (s)
XXXVI tur. “Kəpəz” (e)

Əgər “Araz-Naxçıvan” iki məğlubiyyət alsa, “Turan Tovuz” iki dəfə qalib gəlsə, xallar bərabərləşəcək. Onda hər şey top fərqindən asılı olacaq. Hazırda bu göstəricidə naxçıvanlılar 4 top öndədir. Amma “Araz-Naxçıvan” iki məğlubiyyət alsa, “Turan Tovuz” iki dəfə qalib gəlsə, bütün nəticələr də minimal fərqli olsa, bu rəqəm də bərabərləşəcək. Amma belə ehtimal çox aşağıdır.

XXXIV turda “Turan Tovuz”un uduzması və “Sabah”ın qələbə qazanması sonunculara 4-cü yer şansını qorumasına səbəb olub. Düzdür, bu pillə ilk baxışdan heç nə vermir. Amma “Qarabağ”ın mayın 31-də kubokun finalında qələbə qazanması 4-cü yeri Konfrans Liqasına aparacaq.

Həmin görüşdə Ağdam klubuna rəqib olacaq “Sabah” avrokuboklara vəsiqəni finaladək təmin etmək üçün “Turan Tovuz”u keçməlidir. 5 xallıq fərqlə yanaşı, qələbə sayı da qərblilərin xeyrinədir.

Ona görə də “Sabah”a yalnız rəqibinin iki məğlubiyyəti və özünün iki qələbəsi lazımdır. Bakılıları “Zirə” və “Neftçi” ilə iki paytaxt derbisi gözləyir. Vasili Berezutskinin yetirmələri üçün 6 xal almaq asan olmayacaq. Amma tovuzluların iki turu xalsız bitirməsi daha çətin görünür.

“Sabah”ın son 2 oyunu:
XXXV tur. “Zirə” (s)
XXXVI tur. “Neftçi” (e)

Qeyd edək ki, XXXV tur mayın 17-18-də, XXXVI tur 23-25-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri