“ArazNaxçıvan” üçün fasilə bitib
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar "Araz-Naxçıvan"ın 3 günlük istirahəti başa çatıb.
Apasport.az xəbər verir ki, komanda bu gün Buzovna qəsəbə stadionunda məşqlərini bərpa edib.
90 dəqiqəlik məşqə bərpa prosesini davam etdirən Vadim Abdullayev, Ramin Nəsirli və Karlos Jatoba, eləcə də milli komandanın düşərgəsində olan Mustafa Əhmədzadə, Moldova yığmasına yollanan qapıçı Kristian Avram qatılmayıb. Əvəzində “Neftçi” ilə görüşdə zədələnən, bu səbəbdən “Zirə” və “Sumqayıt”la matçları buraxan Bəxtiyar Həsənalızadə komanda ilə çalışmalara qoşulub.
Qeyd edək ki, “Araz-Naxçıvan” növbəti turda noyabrın 22-də Tovuz şəhər stadionunda “Kəpəz”lə üz-üzə gələcək.
Kənan Kərimov: "Bu matç bizim üçün dönüş nöqtəsi olacaq" Elxan Abdullayev: “Matçın əvvəlində bir neçə səhvə yol verdik” Fatih Terim Bakıya gəlir AFFA prezidenti Ronaldinyo ilə görüşüb Ronaldinyoya Qarabağ xalçası hədiyyə edilib - VİDEO
Baxış sayı:120
Bu xəbər 14 Noyabr 2024 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















