Icma.az
close
up
RU
“ARB Günəş” 11 yaşında

“ARB Günəş” 11 yaşında

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaçmaz, 1 aprel, AZƏRTAC

Bu gün Azərbaycanın ilk və tək uşaq televiziya kanalı olan “ARB Günəş”in 11 yaşı tamam olur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 2015-ci il aprelin 1-dən fəaliyyət göstərir.

“ARB Günəş” televiziyası yarandığı ilk gündən qarşıya uşaqların zövqünü oxşamaq, onların marağına xidmət etmək məqsədi qoyulub. Telekanalda indiyədək 20-dən çox telelayihə və proqramlar hazırlanaraq efirə verilib. Televiziyada azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edilir. “Çərpələng”, "Yaşıl ev, "Göyərçin küçəsi", "Biləndərdən öyrən", "Tap görək" və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır.

Televiziyada dublyaj studiyası da fəaliyyət göstərir. Xarici dildə olan cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq azyaşlı izləyicilərə təqdim edilir.

“ARB Günəş” və “Animacenter” özəl animasiya mərkəzinin birgə layihəsi çərçivəsində ərsəyə gələn ölkənin ilk cizgi serialı “Balaş” telekanlada yayımlanır. Maarifləndirici və əyləncəli məzmuna malik bu cizgi filmi uşaqlara milli dəyərləri, ailə bağlarını, dostluq münasibətlərini və əxlaqi prinsipləri aşılayır, onların estetik zövqünü inkişaf etdirir.

Telekanal əksər dövlət və hökumət qurumları ilə səmərəli əməkdaşlıq edir. Təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli bir sıra layihələrə imza atıb. “ARB Günəş”in eşitmə və nitq qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası mövzusunu özündə əks etdirən “Gözləri ilə danışan mələklər” adlı sosial layihəsi tamaşaçıların rəğbətini qazanıb.

Ölkənin ilk və tək uşaq kanalı olan “ARB Günəş” rəqəmsal platformalar və peyk üzərindən yayımlanır. Milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən yayım həyata keçirən “ARB Günəş” gələcəkdə maarifləndirici verilişlərin və layihələrin sayını daha da artırmağı nəzərdə tutur.

Müxbir - Elxan Yusifli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Aprel 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri