Icma.az
close
up
RU
“ARB Günəş” 10 yaşında Azərbaycanın ilk və tək uşaq televiziyasından REPORTAJ VİDEO

“ARB Günəş” 10 yaşında Azərbaycanın ilk və tək uşaq televiziyasından REPORTAJ VİDEO

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xaçmaz, 1 aprel, Elxan Yusifli, AZƏRTAC

Bu gün Azərbaycanın ilk və tək uşaq televiziya kanalı olan “ARB Günəş”in 10 yaşı tamam olur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2015-ci il aprelin 1-də fəaliyyətə başlayan telekanal efir vaxtını bütünlüklə uşaqlara həsr edir.

“ARB Günəş” azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi və animasiya filmləri göstərir.

Ötən müddət ərzində "ARB Günəş"in istehsalı olan "Biz gələcəyik", "Xəbərdar ol”, “Bizim həyət”, “Mərcangildə”, “Günəşin nağılı”, “Çərpələng”, “Yaşıl ev”, “Hava necə olacaq?” və başqa bu kimi maraqlı verilişlər balaca tamaşaçıların böyük rəğbətini qazanıb. Eləcə də “ARB Media Qrup”a daxil olan digər telekanallarla, Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil TV ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gələn “Dostlar”, “Qiraətçi” və “Məktəblilər üçün oxu” verilişləri, Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan “Təbiət və biz” verilişləri uşaqlar tərəfindən sevilərək izlənilib.

Televiziyanın efirində yayımlanan tərbiyəvi və maarifləndirici proqramlar vasitəsilə uşaqlara davranış qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, sağlam həyat vərdişləri öyrədilir.

Həmsöhbətimiz Əvəz Qubatov “ARB Günəş”də dublyaj aktyoru kimi çalışır. Eyni zamanda, televiziyanın iki reytinqli uşaq proqramında aparıcı personajların səsləndirilməsini həyata keçirir. “Mən 10 ildir “ARB Günəş”də işləyirəm. Dublyaj aktyoruyam. Eyni zamanda, “Hava necə olacaq?” proqramında Toplan, “Biləndərdən öyrən” verilişində isə Biləndər obrazını canlandırıram. Toplan ardıcıl 5 mövsümdür ki, hər gün uşaq televiziyasının tamaşaçılarına özünəməxsus şəkildə hava haqqında məlumatı təqdim edir. Uşaqlar tərəfindən çox sevilən obrazdır. “Biləndərdən öyrən” proqramında isə Biləndər sevimli aktrisamız Günəş Tegin ilə birlikdə aparıcılıq edir. Bu proqramda uşaqlara davranış qaydaları, sağlam həyat vərdişləri aşılanır”,-deyə Əvəz Qubatov söyləyib.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar cari televiziya mövsümündən başlayaraq “ARB Günəş”də “Yaşıl ev” adlı proqram təqdim olunur. Proqramın aparıcısı İntizar Qurbanova bildirir ki, bu verilişdə uşaqlara təbiəti qorumaq, təmiz ətraf mühit haqqında maarifləndirici və əyləncəli məlumatlar ötürülür.

“İki ildir uşaq televiziyasında çalışıram. “Yaşıl ev” proqramının aparıcısıyam. Təqdimatı uşaqların sevimlisi Tutu personajı ilə birlikdə edirik. Bu proqramda uşaqlara ümumi evimiz olan planetimizi, təbiəti sevməyi, qorumağı öyrədirik. Bundan başqa tullantıların idarə olunması, onlara ikinci həyat verilməsinin mümkünlüyü haqqında maarifləndirici təqdimatlar hazırlayırıq. Çalışırıq ki, uşaqlar kiçik yaşlarından təbiət, bitki və heyvanlar aləmi haqqında məlumatlı olsunlar”,- deyə aparıcı İntizar Qurbanova söyləyib.

Yeni istehsal edilən cizgi filmlərini Azərbaycan dilində uşaqlara təqdim etmək məqsədilə “ARB Günəş” televiziyasında 2018-ci ildən peşəkar dublyaj studiyası fəaliyyət göstərir. Ötən dövrdə studiyada onlarla cizgi və animasiya filmi Azərbaycan dilinə tərcümə olunaraq, azyaşlı televiziya tamaşaçılarına təqdim edilib.

Dublyaj redaksiyasının redaktoru Elmar Yusifov bildirir ki, uşaqlar üçün filmlərin dublyajına xüsusi həssaslıqla yanaşılır. Mətnlərin tərcüməsi, redaktəsi incəliklə aparılır. Tərcümə zamanı əcnəbi filmlərdəki yan təsirlər nəzərə alınmaqla bərabər, onların uşaq dilinin şirin tərzinə uyğunlaşdırılması əsas meyarlardan biridir.

“Televiziyamızda dublyaj studiyası 7 ildir fəaliyyət göstərir. Burada azyaşlı tamaşaçıların zövqünə uyğun bir-birindən maraqlı cizgi və animasiya filmləri doğma dilimizə tərcümə olunur. Filmlərin dublyajı zamanı uşaqların milli ruhda tərbiyəsi, ədəbi dil normalarına riayət edərək doğma dilimizdə düzgün, sərbəst danışmalarına kömək məqsədilə bütün kriteriyalara diqqət yetirilir. Çalışırıq lüğətimizə yeni əlavə olunan sözlərə, aktyor heyətinin Azərbaycan dilində səlis danışığına xüsusi həssaslıqla yanaşaq”,-deyə Elmar Yusifov söyləyib.

Telekanal təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də sosial xarakterli bir sıra layihələrə imza atıb. “ARB Günəş” hələ Vətən müharibəsində qazanılan şanlı Qələbəmizdən öncə “Onlar uşaqlığını yaşaya bilmir” adı altında cəbhə bölgəsində yaşayan uşaqların həyatını əks etdirən videoçarxlar hazırlayıb.

Televiziya ənənəvi olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə “Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” adlı aksiya təşkil edir. İstanbulda keçirilən V və VI “Beynəlxalq uşaq mediası konfransı”nda ölkəmizi “ARB Günəş” təmsil edib.

“ARB Günəş” televiziyasının layihələr departamentinin direktoru Çimnaz Şixverdiyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, uşaq televiziyasının sosial əhəmiyyəti və məsuliyyəti çox böyükdür: “Çünki uşaq televiziyası tək əyləncə vasitəsi deyil. Eyni zamanda, güclü tərbiyə və təhsil aləti hesab oluna bilər. Biz erkən yaşlardan uşaqlara sosial-emosianal bacarıqların aşılanmasına xüsusi diqqət yetiririk. Hazırladığımız teleproqramlar, doğma dilimizə dublyaj etdiyimiz cizgi və animasiya filmləri ilə, həm də proqramlarda təqdimat edən personajlar vasitəsilə həyata keçirilir. Uşaqlara sosial bacarıqlardan olan ünsiyyət bacarığı, məsuliyyət hissi, həmçinin milli dəyərlərimizi, milli kimliyimizi aşılayırıq”.

Ölkənin ilk və tək uşaq kanalı olan “ARB Günəş” rəqəmsal platformalar və peyk üzərindən yayımlanır. Milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən yayım həyata keçirən “ARB Günəş” gələcəkdə maarifləndirici verilişlərin və layihələrin sayını daha da artırmağı nəzərdə tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri