Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Cizgi filmləri necə dublyaj olunur? “ARB Günəş” telekanalından REPORTAJ AZƏRTAC

Cizgi filmləri necə dublyaj olunur? “ARB Günəş” telekanalından REPORTAJ AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Xaçmaz, 25 noyabr, Elxan Yusifli, AZƏRTAC

Xarici cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq yerli televiziyalarımızda balaca izləyicilərə təqdim olunur. Bəs, bu filmlər necə dublyaj edilir? Sualın cavabını aydınlaşdırmaq üçün AZƏRTAC-ın bölgə müxbiri ölkəmizin ilk və tək uşaq kanalı “ARB Günəş”in qonağı olub.

“ARB Günəş” televiziyasının dublyaj studiyası 2018-ci ildən fəaliyyət göstərir. Ötən dövrdə studiyada onlarla cizgi və animasiya filmi Azərbaycan dilinə tərcümə olunaraq, azyaşlı televiziya tamaşaçılarına təqdim edilib.

“ARB Günəş”in studiyasında uşaqlar üçün filmlərin dublyajına xüsusi həssaslıqla yanaşılır. Mətnlərin tərcüməsi, redaktəsi incəliklə aparılır. Tərcümə zamanı əcnəbi filmlərdəki yan təsirlər nəzərə alınmaqla bərabər, onların uşaq dilinin şirin tərzinə uyğunlaşdırılması əsas meyarlardan biridir.

Dublyaj aktyoru Günəş Tegin bildirir ki, dublyaj aktyoru, ilk növbədə, səlis diksiyaya malik olmalıdır: “Dublay aktyoru bütün sözləri təmiz tələffüz etməyi bacarmalı və aktyorluq keyfiyyətlərinə sahib olmalıdır. Bu keyfiyyətlər olduqdan sonra dublyaj sahəsində təcrübə də toplamaq lazımdır. Mən dublyajı çox sevirəm. Bu sahədə özümü hələ tələbə olan vaxtlarda sınamışam. Mənim üçün cizgi və animasiya filmlərinin dublyajı daha maraqlıdır.Çünki uşaqlar üçün olan filmlərdə daha çox ovqat dəyişimi var. Səs tembrinin müxtəlif çalarlarından istifadə etmək imkanım olur. Cizgi filmlərinin dublayı həm də əyləncəlidir.”

“ARB Günəş”in dublyaj studiyasının 10-dan çox əməkdaşı var. Studiyada dublyaj prosesi bir neçə mərhələdə aparılır. Əvvəlcə filmin tərcüməsi və redaktəsi həyata keçirilir. Mətn yığılır, sonra filmdəki obrazlara uyğun aktyor seçimi aparılır. Aktyor seçimi təsdiq edildikdən sonra studiyada səsləndirmə mərhələsi başlayır.

Beş ildir dublyaj studiyasında çalışan Əvəz Qubatov, eyni zamanda, “ARB Günəş” televiziyasının aparıcısıdır. “Cizgi filmlərinin dublayı çox əyləncəli, eyni zamanda, da çətindir. Cizgi və animasiya filmlərində obrazlar lap çoxdur. Ona görə də bəzi filmlərdə 3-4, bəzən daha çox obrazı canlandırmaq lazım gəlir. Çox maraqlıdır. Bəzən olur ki, səsləndirdiyin filmin 2-3 qəhrəmanı bir-biri ilə söhbət edir. Bu dialoqları canlandırmaq üçün öz-özünlə fərqli səs tonunda danışmalı olursan. Mən həm də “ARB Günəş”də yayımlanan iki layihədə obrazları canlandırıram. “Hava necə olacaq?” proqramında “Toplan”, “Biləndərdən öyrən” layihəsində isə “Biləndər” obrazları mənim səsimlə balaca tamaşaçılara təqdim olunur”, - deyə Əvəz Qubatov söyləyir.

“ARB Günəş” telekanalı efir vaxtını bütünlüklə uşaqlara həsr edir. Peşəkar dublyaj studiyasının yaradılmasında əsas məqsəd azyaşlı izləyicilərə ana dilimizdə cizgi və animasiya filmləri təqdim etməkdir.

“Dublyaj studiyası yarandığı gündən mən də burada aktyor kimi fəaliyyət göstərirəm. Bu iş çox zövqlü və maraqlıdır. Uşaqlar üçün çalışmaq isə ikiqat əyləncəlidir. Böyük həvəslə çalışırıq. İnanın ki, ictimai yerlərdə məni səsimdən tanıyırlar. Deyirlər ki, sizin səsiniz çox tanışdır”, - deyə dublay studiyasının əməkdaşı Elnarə Şahmirzəyeva vurğulayır.

Studiyanın aktyoru Rahim Qafarlı uşaqların cizgi filmlərini doğma dilimizdə izləməsinin vacibliyini qeyd edir: “İllər əvvəl bizim uşaqlar maraqlı cizgi və animasiya filmlərini əcnəbi dillərdə izləmək məcburiyyətində idi. Uşaqlar üçün Azərbaycan dilinə tərcümə olunan filmlər çox az idi. Bu sahədə bir boşluq vardı. “ARB Günəş”in dublyaj studiyası yarandıqdan sonra onlarla film dublyaj edilərək doğma dilimizdə azyaşlı izləyicilərimizə təqdim olunub. Bu da uşaqların ana dilimizi daha dərindən öyrənməsi, mənimsəməsi üçün çox əhəmiyyətlidir”.

Azərbaycanın ilk və yeganə uşaq televiziya kanalı olan “ARB Günəş” 2015-ci il aprelin 1-də fəaliyyətə başlayıb. Televiziyanın efirində yayımlanan tərbiyəvi və maarifləndirici proqramlar vasitəsilə uşaqlara davranış qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, sağlam həyat vərdişləri öyrədilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see197

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see174

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see149

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see136

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see133

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri