Arda Gülərin qolu ayın ən yaxşısı seçildi
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
İspaniyanın “Real Madrid” klubunun türkiyəli yarımmüdafiəçisi Arda Gülərin “Elçe”yə qarşı matçda vurduğu qol La Liqada mart ayının ən yaxşısı seçilib.
"Unikal" xəbər verir ki, 21 yaşlı futbolçu meydanın mərkəzindən rəqib qapısını dəqiq nişan alıb.
Çempionatın 28-ci turunda “Santyaqo Bernabeu”da keçirilən qarşılaşmanın 89-cu dəqiqəsində qeydə alınan bu qol həm də rəsmi rekord kimi tarixə keçib.
Belə ki, Arda Gülər 55 metrlik məsafə ilə İniqo Martinesə məxsus olan “La Liqanın ən uzaq məsafədən vurulan qolu” rekordunu 13 metr yeniləyib.
Xatırladaq ki, görüş Madrid təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.
Bu mövzuda digər xəbərlər:Arda Gülərin fantastik maaşı
19 Mart 2025 15:12
Arda Gülər ayın ən yaxşısı seçildi
24 Dekabr 2024 03:12
Arda Gülərin transfer dəyəri açıqlandı
02 Oktyabr 2025 23:06
Arsenal Arda Gülərin transferində israrlıdır
08 Yanvar 2026 16:07
Arda Gülərin tarixi çıxışı manşetlərdə
24 Aprel 2026 13:16
Baxış sayı:141
Bu xəbər 26 Mart 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















