Icma.az
close
up
RU
Argentina son 4 oyunda 2ci dəfə məğlub oldu

Argentina son 4 oyunda 2ci dəfə məğlub oldu

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 14-də Cənubi Amerikada DÇ-2026-nın seçmə turnirinin 11-ci turuna start verildi.

Lider Argentinanın son 4 oyunda 2-ci dəfə məğlub olması diqqəti daha çox cəlb etdi.
Son dünya çempionu Paraqvayla səfər matçına yaxşı başladı: Lautaro Martines 11-ci dəqiqədə Fernandesin ötürməsi ilə hesabı açdı. Buna görə ruhdan düşməyən ev sahibləri dərhal təşəbbüsü ələ aldılar. Çox keçmədən Sanabriya “qayçı” zərbəsi ilə cavab qolunu vurdu. İkioyunluq cəzasını başa vuraraq milli komandaya qayıdan Emiliano Martinesin fasilədən dərhal sonra Alderetenin zərbəsini qaytarmaq imkanı da yox idi. Argentina topa böyük ölçüdə sahib olsa da, qapı qarşısında real qol imkanı yaratmaqda çox çətinlik çəkdi və uduzdu. Buna baxmayaraq, 1-ci yerdəki mövqeyini itirmədi. Paraqvay yığması isə bu regiondan mundialın final mərhələsinə birbaşa vəsiqə verən ilk 6 yerdən birini tutmaq şansını bir qədər də artırdı.
Braziliya da xal itirdi. Dorival Juniorun komandası Venesueladakı matçda fasiləyə az qalmış Rafinyanın zərbəsi ilə hesabı açdı. “Barselona”nın kapitanı həmyerlilərinin son 19 ildə seçmə oyunlarda edə bilmədiyini bacardı: topu birbaşa cərimə zərbəsi ilə tora qovuşdurdu. Maraqlıdı ki, Roberto Karlos 2005-ci ilin oktyabrında bu şəkildə məhz Venesuelanın qapısına yol tapmışdı. Onda Braziliya 3:0 hesabıyla qalib gəlsə də, bu dəfə bir xala razılaşdı. Seqoviya fasilədən dərhal sonra topu tirin altından tora göndərdi. Qonaq komandanın hesabı öz xeyrinə dəyişmək imkanı oldu. Lakin Vinisius Junior 62-ci dəqiqədə ona qarşı kobud oynayan qapıçı Romo ilə mübarizədə penaltidən yararlana bilmədi. Nəticədə Venesuela yığmasının evdə Braziliyaya qarşı 9 oyunluq məğlubiyyət seriyasına son qoyuldu!
Ekvador isə evdə Boliviyanı 4 cavabsız qolla məğlub edərək 5-ci yerdəki mövqeyini qorudu.
Cənubi Amerika
11-ci tur
Paraqvay - Argentina 2:1 (1:1)

Paraqvay: X.Fernandes, Q.Qomes, Velaskes, Alderete, Alonso, Almiron (Alexandro Romero, 90), Kubas, Ensiso (R.Sosa, 82), Bobadilya (Vilyasanti, 82), D.Qomes (Anxel Romero, 72), Sanabriya (Pitta, 72).
Argentina: E.Martines, Otamendi, Talyafiko, Molina (Montyel, 78), K.Romero (Balerdi, 46), De Paul, Makallister (Qarnaço, 64), E.Fernandes (Paredes, 77), Messi, X.Alvares (Kastelyanos, 86), Lautaro Martines.
Qollar: Lautaro Martines, 11 (0:1). Sanabriya, 19 (1:1). Alderete, 47 (2:1).
Vərəqələr: Alderete, 33. Kubas, 49. Otamendi, 81. Pitta, 82 - sarı.
Hakim: Anderson Daronko (Braziliya).
14 noyabr. Asunsyon.
Venesuela - Braziliya 1:1 (0:1)
Venesuela: Romo, Anxel, R.Ramires, Navarro, Aramburu, Murilyo (Seqoviya, 46), Y.Errera (Kasseres, 15), Xose Martines (Rinkon, 69), Rondon (Kadis, 81), Savarino, Belyo (A.Qonsales, 80).
Braziliya: Ederson, Markinyos, Qabriel Maqalyans, Abner (Estevao, 62), Vanderson, Jerson, Bruno Gimaraynş (Martinelli, 82), Rafinya, Vinisius Junior, İqor Jezus (Lukas Paketa, 68), Savinyo (Luis Enrike, 68).
Qollar: Rafinya, 43 (0:1). Seqoviya, 46 (1:1).
Vinisius Junior 62-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Murilyo, 34. Vanderson, 36. Romo, 59. Kasseres, 82. Seqoviya, 86. Martinelli, 88 - sarı. A.Qonsales, 89 – qırmızı.
Hakim: Andres Roxas (Kolumbiya).
14 noyabr. Maturin.
Ekvador - Boliviya 4:0 (2:0)
Ekvador: Qalindes, Estupinyan, Paço, İnkapye, Ordonyes, Franko (Paes, 75), Yeboa (Arroyo, 69), Plata (K.Rodriges, 68), Vite, Minda (Sarmyento, 68), Valensiya (Mena, 68).
Boliviya: Viskarra, Xose Saqredo, Morales, Roça (Sexas, 80), Kuelyar, L.Pas (O.Lopes, 46), Terrasas (Çaves, 46), Vilyamil, E.Vaka, Menaço (Sotomayor, 46), Monteyro.
Qollar: Valensiya, 26 (1:0). Plata, 28 (2:0). Plata, 49 (3:0). Minda, 63 (4:0).
Vərəqələr: Çaves, 90+4 - sarı. Xose Saqredo, 24 – qırmızı.
Hakim: Maksimilian Ramires (Argentina).
14 noyabr. Quayakil.
Uruqvay – Kolumbiya, Peru – Çili oyunları gec başa çatıb.
1. Argentina 11 7 1 3 20-7 22
2. Kolumbiya 10 5 4 1 13-6 19
3. Braziliya 11 5 2 4 16-10 17
4. Uruqvay 10 4 4 2 13-6 16
5. Ekvador (-3) 11 5 4 2 10-4 16
6. Paraqvay 11 4 4 3 6-5 16
7. Venesuela 11 2 6 3 9-11 12
8. Boliviya 11 4 0 7 11-25 12
9. Peru 10 1 3 6 3-14 6
10. Çili 10 1 2 7 5-18 5
Bombardirlər: Messi (Argentina) - 6, D.Nunyes (Uruqvay) - 5, Rafinya (Braziliya), L.Dias (Kolumbiya), Sanabriya (Paraqvay) - 4.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Noyabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri