Icma.az
close
up
RU
Arıçılıqda yeni dövr: pətəklərə SMS lə nəzarət edilir

Arıçılıqda yeni dövr: pətəklərə SMS lə nəzarət edilir

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

"Lənkəranda ənənəvi arıçılıqdan fərqli olaraq müasir və innovativ üsullardan istifadə edilir".

AZXEBER.COM xəbər verir ki, bu sözləri sahibkar, "Balçı Səyavuş” arıçılıq təsərrüfatının rəhbəri Səyavuş Yaqubov Dövlət Turizm Agentliyinin Lənkərana təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

S.Yaqubov bildirib ki, təsərrüfatda arıçılıqla yanaşı, bu sahə ilə bağlı maraqlı yeniliklər də tətbiq olunur. Onun sözlərinə görə, KOBİA-nın arıçılıqla bağlı ikinci qrant müsabiqəsində qalib gəliblər. Ötən il isə "Şəhərdən-kəndə” layihəsi çərçivəsində arıçılıq muzeyi təqdim edilib.

Muzeydə arı məhsullarının müxtəlif istehsal növləri nümayiş etdirilir. Təsərrüfatın əsas fərqləndirici xüsusiyyətlərindən biri burada apiterapiya evinin fəaliyyət göstərməsidir.

Bundan başqa, ziyarətçilərin arı havasında istirahət edə və yata biləcəyi xüsusi otaqlar və pətəklər də yaradılıb. Sahibkarın sözlərinə görə, bu üsullardan insanların rahatlaması, zehni fəaliyyətinin dəstəklənməsi və immun sisteminin gücləndirilməsi məqsədilə istifadə olunur.

Təsərrüfatda texnologiyadan da geniş istifadə edilir. S.Yaqubovun sözlərinə görə, özlərinin hazırladığı smart tərəzilər arı pətəklərinin altına yerləşdirilir. Sistem vasitəsilə pətəyin çəkisi, temperaturu və rütubəti barədə məlumatlar məsafədən izlənilir və SMS vasitəsilə əldə edilir.

Beləliklə, Lənkərandakı təsərrüfatda ənənəvi arıçılıq müasir texnologiya və turizm imkanları ilə birləşdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Sentyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri