Icma.az
close
up
RU
Arıqlama iynələri sizi şikəst qoya bilər AÇIQLAMA

Arıqlama iynələri sizi şikəst qoya bilər AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Arıqlamaq məqsədilə istifadə olunan bəzi məşhur dərmanların mümkün yan təsirləri ilə bağlı müzakirələr genişlənib. Bildirilir ki, bu preparatların uzunmüddətli istifadəsi bəzi hallarda sümük və vətər problemləri riskini artıra bilər. Belə təsirlərin yaranma mexanizmi və risk qrupları barədə məlumatlı olmaq xüsusilə vacibdir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən dietoloq Aişə Məmmədova bildirib ki, arıqlamaq məqsədilə istifadə olunan bəzi məşhur dərmanlar, xüsusilə iştahanı azaldan və maddələr mübadiləsinə təsir edən preparatlar, müəyyən hallarda sümük və vətər sağlamlığı ilə bağlı riskləri artıra bilər. 
"Bu dərmanların əsas təsir mexanizmi iştahanı azaltmaq, mədə boşalmasını ləngitmək və qida qəbulunu məhdudlaşdırmaqdır. Nəticədə insan daha az kalori qəbul edir və sürətli çəki itkisi baş verir ki, bu da bəzən orqanizmdə qida maddələrinin balansına təsir göstərə bilər. Sürətli və kəskin çəki itkisi zamanı bədən yalnız piy kütləsini deyil, müəyyən qədər əzələ kütləsini də itirə bilər. Əzələ kütləsinin azalması isə vətərlərə və oynaqlara düşən yükün paylanmasına təsir edir və bəzi hallarda vətərlərin zəifləməsinə səbəb ola bilər. Eyni zamanda qida qəbulunun azalması fonunda kalsium, D vitamini və zülal kimi sümük sağlamlığı üçün vacib maddələrin kifayət qədər qəbul edilməməsi sümük sıxlığının azalmasına gətirib çıxara bilər".
Dietoloq bildirib ki, bəzi hallarda bu preparatlar metabolik və hormonal proseslərə təsir edərək sümük toxumasının yenilənmə prosesinə də dolayı təsir göstərə bilər. 
"Bu isə uzunmüddətli istifadə zamanı sümük kövrəkliyinin artmasına, oynaqlarda narahatlıqlara və vətərlərdə zəifliyə səbəb ola bilər. Lakin qeyd etmək vacibdir ki, bu risklər hər kəsdə eyni şəkildə müşahidə olunmur və daha çox nəzarətsiz və düzgün qidalanma ilə müşayiət olunmayan arıqlama prosesində ortaya çıxa bilər. Bu risklərin qarşısını almaq üçün arıqlama dərmanlarının mütləq həkim nəzarəti ilə istifadə olunması vacibdir. Eyni zamanda qidalanma rasionunda zülal, kalsium və D vitamini kimi maddələrin kifayət qədər yer almasına diqqət yetirilməli, müntəzəm fiziki aktivlik, xüsusilə əzələ və sümük gücləndirən məşqlər həyat tərzinə daxil edilməlidir. Balanslı qidalanma və nəzarətli arıqlama yanaşması həm çəki itkisini sağlam şəkildə təmin edir, həm də sümük və vətər sağlamlığının qorunmasına kömək edir".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2026 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri