Arıqlama iynələri sizi tez qocaldacaq
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son illər arıqlamaq istəyənlərin müraciət etdiyi zəifləmə iynələri bu dəfə başqa bir problemlə gündəmə gəlib. Sürətli çəki itkisi dərinin sallanmasına, dərin qırışların yaranmasına və üzdə çökmüş görünüşə səbəb ola bilər.
Axşam.az xəbər verir ki, bu barədə türkiyəli dermatoloq Özlem Su Küçük iynələrlə bağlı açıqlaması ilə gündəm olub.
Mütəxəssis bildirib ki, piylənmə və diabetin müalicəsində istifadə olunan GLP-1 qrupundan olan preparatlarla sürətlə arıqlayan insanlarda üz nahiyəsində ciddi dəyişikliklər müşahidə oluna bilər. Onun sözlərinə görə, sürətli çəki itkisi əzələ kütləsinin də azalmasına gətirib çıxarır.
Professor qeyd edib ki, həftədə bir kiloqramdan çox çəki itirmək almacıq sümüklərinin daha qabarıq görünməsinə, gözaltı nahiyənin çökəkləşməsinə, yanaqların içəri çökməsinə, boyun və üz dərisinin sallanmasına səbəb ola bilər. Nəticədə insan olduğundan daha yaşlı görünə bilər.
O, bu səbəbdən dolğu prosedurlarına marağın artdığını da vurğulayıb və belə kosmetik müdaxilələrdən əvvəl mütləq dermatoloqla məsləhətləşməyi tövsiyə edib.
Mütəxəssis bildirib ki, bu dəyişikliklər yalnız zəifləmə iynələrindən istifadə edənlərdə deyil, piylənmə əməliyyatı keçirən və qısa müddətdə çox çəki itirən insanlarda da müşahidə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 04 Noyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















