Icma.az
close
up
RU
Arıqlamaq istəyənlər bu vərdişləri tərgitsin DİETOLOQ MƏSLƏHƏTİ

Arıqlamaq istəyənlər bu vərdişləri tərgitsin DİETOLOQ MƏSLƏHƏTİ

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Dietoloqlar dəfələrlə insanların aclıq sıxıntısı çəkmədən arıqlaya biləcəklərini vurğulayırlar.

Əslində, kökəlməkdən əziyyət çəkən insanlar necə arıqlaya biləcəklərini deyil, ilk növbədə niyə artıq çəki aldıqlarının səbəblərini bilməlidirlər. Türkiyəli dietoloq Nil Şahin Gürhanın kökəlmənin 8 səbəbi haqda bunları deyib.

“Hər zaman pəhriz saxlayıram, amma arıqlamıram”, - deyərək şikayətlənən çox insan var. Lakin onlar 8 davranış qaydasından imtina etsələr, sağlam formada çəki azalda bilərlər. Dietoloq bildirir ki, insanların kökəlməsinə səbəb olan davranış qaydaları var və bunlardan vaz keçdikdən sonra artıq çəki problemindən azad olacaqlar: “Etiraf edək ki, yeməyi sevən xalqıq. Lakin yediyimiz ölçüdə enerji xərcləməsək, artıq çəki ilə yanaşı həyatımızı da çətinləşdiririk. “Dərhal arıqlamalıyam, yağlardan xilas olmalıyam” deyib təlaşlanaraq pəhriz saxlayırıq. Bu halda isə arıqlamağın əksinə, artıq çəki alırıq. Lakin bir anlığa dayanın və niyə kökəldiyinizi araşdırın”.

N. Ş. Gürhan kökəlmənin səbəblərini aşağıdakı kimi sıralayıb:

Ac qalmağa çalışmaq

İnsanın özünü ac hiss etməsi normal insanlıq halıdır və sizin sağlam olmağınızın göstəricisidir. Aclıq hissi olmasa, yemək istəyi də olmaz. Bunun nəticəsində isə qidalanma çatışmazlığı ilə bağlı bir çox sağlamlıq problemləri ilə üzləşə bilərsiniz. Buna görə də gün ərzində ac qalmayın.

Hər gün eyni saatda yeməyə çalışmaq

“Günorta işim var idi, yemək yemədim, artıq axşam oldu, bu vaxt yeyə bilmərəm” deyən çox adam var. Bu stereotipi qırın. Saatlarla ac qalmaq da sizi kökəldir.

Yüngül atışdırmalardan uzaq durun

Hər zaman istədiyimizi yeyə bilmirik. Lakin uzun müddət ac qalmaqdansa ara saatlarda və yemədiyiniz yemək vaxtlarında kiçik, lakin sağlam atışdırmalara üstünlük verin. Bu halda siz metabolizmanızın yavaşlanmasına mane olarsınız. Metabolizmanın zəifləməsi də kökəlməyə səbəb olur.

Düzgün qidalanmadığınız üçün hər zaman özünüzü ac hiss edirsiniz

Əgər normadan çox və artıq aclıq hissi keçirirsinizsə, demək qidalanmanızda bəzi səhvlərə yol verirsiniz. Ehtiyacımız olduğundan az yemək bədənimizin az enerji xərcləməsinə səbəb olur.

Az yeyərək arıqlamağa çalışmaq

Özümüz üçün tətbiq etdiyimiz “az ye, arıqla” kimi qaydalar süfrədən ac qalxmağımıza səbəb olur. Yemək vaxtında tam olaraq doymadığımız üçün digər yemək saatına qədər olan vaxtda ac qalırıq. Bu hal qan şəkərinin düşməsinə səbəb olur və ürəyimiz şirniyyat istəyir. Günün sonunda isə və gecə saatlarına doğru çox zaman bu istəyimiz qarşısında məğlub oluruq və ehtiyacımız olduğundan daha artıq yeyirik və ya şirniyyatdan vaz keçə bilmirik. Əsas yemək vaxtlarında qidaları kifayət qədər və nizamlı olaraq yesək, həm ehtiyacımız qədər qidalanmış olarıq, həm də mədəmizin dolu qalması və toxluq hissimizi təmin edərik. Arada etdiyimiz sağlam atışdırmalar isə qan şəkərimizin gün ərzində balanslı qalmasına səbəb olar.

Qida dəyəri az olan qidalar yeyin

Əsas yemək vaxtını bir qab salatla təmin etsəniz, bu, sizin ac qalmağınıza səbəb olacaq. Mədəmizi həcm olaraq və tərkibi boş qidalarla doyurmaq bizə kifayət qədər enerji vermir. Bu halda isə yemək vaxtından az keçməmiş yenidən acırıq. Yemək vaxtlarını bütün qida qruplarının bir ada olduğu, rəngli, kifayət qədər və balanslı qidalarla təmin etsəniz, bu, həm bədəninizin ehtiyacı olan qidaları qəbul etməyə, həm uzun müddət tox qalmağınıza və özünüzü enerjili hiss etməyinizə səbəb olacaq.

Su içməyə cəhd göstərməmək

Beyində aclıq mərkəzi ilə susuzluq mərkəzi yan-yanadır. Susuzluq hissi də bəzən aclıq hissi ilə qarışdırıla bilər. Biz su içməyə çox meylli xalq deyilik. Ona görə də çox zaman susuzluq hissi ilə aclıq hissimiz bir-birinə qarışır. Ona görə də susuzluq hissinin yaranmaması və onun aclıq hissi ilə qarışmaması üçün tez-tez su için.

Həddən artıq çay və qəhvə içmək

Çay və qəhvə kofein tərkibli, günün enerjisini yüksəldən ləzzətli içkilərdir. Eyni zamanda bir çox antioksidanlarla zəngindir. Buna baxmayaraq, çay və qəhvə bəlli miqdarda içilməlidir. Bu halda metabolizmanız sürətlənər, arıqlamağınız asan baş verər. Lakin çay və qəhvənin miqdarında həddi aşsanız, bu, sizin bədəninizi və mədənizi çox yorar, iştahanızı lazımsız yerə artırar və kökəlmənizi asanlaşdırar.

Aile.lent.az

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri