Arıqlamaq istəyənlərə gözlənilməz məsləhət: Daha tez yatın!
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yuxu rejiminin dəyişdirilməsi çəki nəzarətinə müsbət təsir göstərə bilər. Araşdırmaya görə, yatmaq vaxtını bir saat tezə çəkmək səkkiz həftə ərzində təxminən 590 qram əlavə çəki itkisi ilə əlaqələndirilib.
Moderator.az "Channel 14"-ə istinadən xəbər verir ki, Nyu-York Universitetinin alimləri prediabetli 196 yetkin insanın iştirakı ilə yuxu rejiminin çəkiyə və maddələr mübadiləsinə təsirini araşdırıblar.
Tədqiqatın nəticələrinə görə, daha tez yatmağa başlayan iştirakçılar orta hesabla daha çox çəki itiriblər. Lakin yuxu rejiminin dəyişdirilməsi ilə bağlı ayrıca proqramın digər sağlam həyat tərzi tövsiyələri ilə müqayisədə əhəmiyyətli üstünlüyü müəyyən edilməyib.
Alimlər bunu bioloji saatın, iştahanın və maddələr mübadiləsinin yuxu rejimi ilə əlaqəsi ilə izah edirlər. Gec yatmaq gecə qəlyanaltılarını artıraraq əlavə kalori qəbuluna da səbəb ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, təkcə erkən yatmaq arıqlamağa zəmanət vermir. Çəkiyə qidalanma və fiziki aktivlik də təsir göstərir. Yetkinlərə gecə 7-9 saat yatmaq, sabit yuxu rejimi saxlamaq və yatmazdan əvvəl ekran qarşısında keçirilən vaxtı azaltmaq tövsiyə olunur.
Baxış sayı:93
Bu xəbər 09 Noyabr 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















