Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib.
Moderator.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərhal istefa verməlidir", - deyə ABŞ prezidenti bildirib.
Bundan əvvəl "Fox News" telekanalı federal istintaqın gedişi ilə tanış olan mənbələrə istinadən konqresmenin əsl adının İlhan Nur Səid Elmi olduğunu iddia edib.
Jurnalistlərin dərc etdiyi məhkəmə sənədlərində siyasətçinin adının hər iki variantına rast gəlinir.
Qeyd edək ki, İlhan Omarın nümayəndəsi siyasətçinin Konqresə seçilərkən və and içərkən guya başqa addan istifadə etməsi barədə ABŞ mediasında yayılan məlumatı təkzib edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:292
Bu xəbər 23 Oktyabr 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















