“Aristokrat” TM sertifikatsız həkimlərə görə cərimələndi
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Aristokrat” Tibb Mərkəzi cərimələnib.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Naziliyi tərəfindən klinikada keçirilən planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb
fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
Söhbət konkret olaraq sertifikasiya şəhadətnaməsi olmadan Kənan Həsənov və Araz Məmmədzadənin tibbi praktiki fəaliyyət göstərməsindən gedir.
Nəticədə “Aristokrat” Tibb Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilib. Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, “Aristokrat” Tibb Mərkəzi 6000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, bir müddət öncə sözügedən tibb mərkəzində tibbi təhsili olmayan stomatoloqların işlədiyinə dair xəbərlər yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 09 Fevral 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















