Armen Qriqoryan ölkə başçısından niyə incik düşüb?
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryan baş nazir Nikol Paşinyana qarşı incikliyini hələ də unuda bilməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
İddiaya görə, yaxın ətrafında narazılığını gizlətməyən sabiq məmur iddia edir ki, Qərb onu Paşinyana alternativ kimi görürdü və məhz bu səbəbdən baş nazir heç bir əsaslı səbəb olmadan onu vəzifəsindən kənarlaşdırıb.
Qeyd olunur ki, Qriqoryanın qohumları və ailə üzvləri də, öz növbəsində, hər yerdə Paşinyanı sərt tənqid edirlər.
Xatırladaq ki, Qriqoryan avqust ayında tutduğu vəzifədən azad edilib və onun yerinə Alen Simonyan təyin olunub. Müşahidəçilərin fikrincə, Qriqoryanın dövründə Təhlükəsizlik Şurasının katibi postu dövlət idarəetmə sistemində mühüm rol oynayaraq ciddi siyasi çəkiyə malik idisə, hazırda bu vəzifə öz əvvəlki əhəmiyyətini itirərək arxa plana keçib. Qriqoryan isə hazırda beynəlxalq "Policy and Management Consulting Group" konsaltinq şirkətində baş məsləhətçi vəzifəsində çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 28 Oktyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















