Arsen Venger Bakıda məşqçilər üçün master klass keçib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Bakıda FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin iştirakı ilə master-klass təşkil olunub.
AZƏRTAC xəbər verir ki, AFFA-nın dəstəyi ilə FIFA tərəfindən keçirilən tədbirdə Azərbaycan Premyer Liqası klublarının və milli komandaların baş məşqçiləri, köməkçi məşqçilər, eləcə də milli assosiasiya nümayəndələri iştirak ediblər.
Zəngin təcrübəsinə əsaslanan Arsen Venger məşqçilik fəaliyyəti, futbolçuların yetişdirilməsi və müasir futbolun dəyişən tələbləri barədə fikirlərini bölüşüb. Görüşün əvvəlində AFFA-nın baş katibinin müavini Elçin Məmmədov fransalı mütəxəssisi salamlayaraq ona Azərbaycan milli komandasının formasını təqdim edib.
Seminar çərçivəsində Premyer Liqa klubları tərəfindən əvvəlcədən təklif olunan mövzulara toxunulub. Xüsusilə uşaq və gənc futbolçuların inkişafı, akademiyadan əsas komandaya keçid mərhələsi və kollektivin idarə olunması kimi mühüm məsələlər ətrafında müzakirələr aparılıb. Ustad dərsinin sual-cavab hissəsində iştirakçılar məşqçilik fəaliyyətində qarşılaşdıqları çətinlikləri bölüşmək və fransalı mütəxəssislə birbaşa fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 27 Oktyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















