Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

“Arsenal” darmadağın etdi, MY yenə “Liverpul”a qalib gəldi

“Arsenal” darmadağın etdi, MY yenə “Liverpul”a qalib gəldi

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Premyer-liqada 35-ci turla bağlı ən maraqlı məqamlar “Arsenal”ın çempionluğa doğru daha bir addım atması, mövsümdə 2-ci dəfə “Liverpul”u məğlub edən MY-nin ÇL-ə vəsiqəni təmin etməsi, “Tottenhem”in elitada yerini qorumaq baxımından vacib qələbə qazanmasıdı.

“Arsenal”da yaxşı anlayırlar ki, indi hər oyunda qalib gəlmək lazımdı, axı “Mançester Siti” çempionluq niyyətindən əl çəkən deyil. Artetanın yetirmələri “Fulhem”lə qarşılaşmada çox yaxşı təsir bağışladı. Oyunun taleyi elə ilk yarıda həll olundu. Dyökereş dubl etməklə yanaşı, Sakaya da məhsuldar ötürmə verdi. Londonlular titula doğru addımlayır, 1-ci yeri MS-yə vermək istəmir. “Bağbanlar” isə həmişəkindən zəif oynadı. Premyer-liqanın möhkəm ortababı hələ böyük qəhrəmanlıqlara hazır olmadığını göstərdi. Meydan sahibləri fasilədən sonra heç bir canfəşanlıq etmədi, sadəcə, hesabı qorumaqla məşğul oldu. Çempionlar Liqasında yarımfinalın cavab oyunu varsa, rəqib “Atletiko”dusa, boş yerə niyə güc sərf etsinlər ki?! Belə təəssürat yaranır ki, “Arsenal” bu mövsüm uzun fasilədən sonra çempion olacaq. ÇL haqda isə bunu demək çox çətindi.
Belə görünür ki, premyer-liqada 3-cü yerin sahibi müəyyənləşdi. “Mançester Yunayted” bu mübarizədəki əsas, özü də prinsipial rəqibi “Liverpul”u cəzalandırdı. İndi bu komandalar arasındakı xal fərqi 6-ya bərabərdi. Oyuna fəal başlayan MY 6-cı dəqiqədə hesabı açdı. Bu, güclü start təzyiqinin nəticəsi idi. 14-cü dəqiqədə “Liverpul”un qapısından ikinci qol keçənə qədər təzyiq səngimədi. Bundan sonra əks-hücum taktikası seçən “qırmızı şeytanlar” yenə də təhlükəli vəziyyətlər yaradırdı. “Qırmızılar”ın isə irəlidə oyunu qətiyyən alınmırdı. 2-ci hissənin əvvəlində mankunianlar özləri intriqanın bərpa olunmasına yardım etdi. Əvvəlcə sonradan meydana çıxan Diallo topu Soboslaiyə bağışlamaqla qola səbəbkar oldu. Bir neçə dəqiqə sonra isə “hədiyyə” növbəsi Lammensə çatdı və hesab bərabərləşdi. Bundan sonra meydanda bərabər, əsəbi mübarizə getdi. Bir qədər daha kəskin hücumlar quran meydan sahibləri 77-ci dəqiqədə 3-cü qolu vura bildi. Bundan sonra qapılara qol vurulmadı. Ədalət naminə MY-nin qələbəni haqq etdiyini deməliyik.
“Tottenhem” “Vulverhempton”un ardından “ÇL zonası”ndakı “Aston Villa”nı da məğlub etməklə ötən ilin dekabrından bəri ilk dəfə ardıcıl iki qələbə qazandı və elitada qalmaq yolunda önəmli addım atdı. “Mahmızlar” hesabat turunda “Brentford” önündə darmadağın olan “Vest Hem”i arxada qoydu. Sona üç tur qalmış London klubları arasındakı xal fərqi 1-ə bərabərdi.
Turun qalan oyunlarına gəlincə, “Lids” “Bernli”ni, “Nyukasl” “Brayton”u 3:1 hesabıyla məğlub etdi, “Bornmut” “Kristal Pelas”ın qapısından üç cavabsız top keçirdi, “Vulverhempton”la “Sanderlend” “sülh bağladı”.
Turun son iki oyunu dünən keçirildi. “Çelsi” “Nottingem Forest”i qəbul etdi. Oyuna fəal başlayan “meşəçilər” ilk 12 dəqiqədə iki qol vurdu. Bundan sonra qonaqlar müdafiəyə çəkildi. Amma təşəbbüsə yiyələnən “zadəganlar” heç bir real dividend qazanmadı. Yalnız hissənin sonunda Derri zədələnmək bahasına olsa da, penalti qazandı, sadəcə, Palmer qapıçı Selslə dueldə uduzdu. “Çelsi” 2-ci hissənin əvvəlində 3-cü qolu da buraxdı – Gibbs-Uaytın ötürməsindən yararlanan Avonyi boş qapıya yol tapdı və dublunu rəsmiləşdirdi. Bir qədər sonra londonlular Gibbs-Uayt ilə toqquşmada zədələnən qapıçı Sançesi də itirdi. “Çelsi” yalnız uzatma dəqiqələrində təsəlli qolunu vura bildi. Bu komanda indi gözünü ölkə kubokunun mayın 16-da keçiriləcək final oyununa dikib ki, qələbə hesabına avrokuboklara qatıla bilsin.
Son oyunda “Everton”la heç-heçə edən MS “Arsenal”la xal fərqini 3-ə endirmək şansını qaçırdı.
35-ci tur
Arsenal – Fulhem 3:0

Dyökereş, 9; 45+4. Saka, 40. (60196)
Arsenal: Rayya, Uayt (Moskera, 83), Saliba, Qabriel, Kalafyori, Rays (Subimendi, 64), Lüis-Skelli, Saka (Madueke, 46), Eze (Douman, 78), Trossar, Dyökereş (Jezus, 64).
Mançester Yunayted – Liverpul 3:2
Kunya, 6. Şeşko, 14. Maynu, 77 – Soboslai, 47. Qakpo, 56. (74027)
MY: Lammens, Dalot, Maquayr, Heven, Şou, Kazemiro, Maynu, Mbemo (Dorqu, 75), Fernandeş (Yoro, 90+6), Kunya (Zirkzee, 87), Şeşko (Diallo, 46).
Liverpul: Vudman, Cons, Konate (Kyeza, 87), Van Diyk, Robertson (Kerkez, 59), Qravenberx, Makallister, Frimponq (Nqumoa, 75), Soboslai, Virts, Qakpo.
Çelsi – Nottingem Forest 1:3
Pedro, 90+3 – Avonyi, 2; 52. Jezus, 12-p. (39285)
Çelsi: Sançes (Yorgensen, 66), Hüsto, Çaloba, Adarabioyo (Koluill, 46), Kukurelya, Lavia (Santos, 58), Kaysedo, Palmer, Fernandes, Derri (Delap, 45+9), Pedro.
Aston Villa – Tottenhem 1:2
Buendia, 90+6 – Qallaher, 12. Rişarlison, 25. (42767)
Lids – Bernli 3:1
Stax, 8. Okafor, 52. Kalvert-Lüin, 56 – Çauna, 71. (36265)
Brentford – Vest Hem 3:0
Mavropanos, 15-öz qapısına. Tyaqo, 52-p. Damsqor, 82. (17194)
Vulverhempton – Sanderlend 1:1
Bueno, 54 – Mukiele, 17. (29632)
Nyukasl – Brayton 3:1
Osula, 12. Bern, 24. Barns, 90+6 – Hinşelvud, 61. (52099)
Bornmut – Kristal Pelas 3:0
Lerma, 10-öz qapısına. Krupi, 32-p. Rayan, 77. (11122)
Everton – Mançester Siti 3:3
Barri, 68. O’Brayen, 73; 81 – Dokyu, 43; 90+7. Holann, 83.
1. Arsenal 35 23 7 5 67-26 76
2. Mançester S. 34 21 8 5 69-29 73
3. Mançester Y. 35 18 10 7 63-48 64
4. Liverpul 35 17 7 11 59-47 58
5. Aston Villa 35 17 7 11 48-44 58
6. Bornmut 35 12 16 7 55-52 52
7. Brentford 35 14 9 12 52-46 51
8. Brayton 35 13 11 11 49-42 50
9. Çelsi 35 13 9 13 54-48 48
10. Fulhem 35 14 6 15 44-49 48
11. Everton 35 13 9 13 44-44 48
12. Sanderlend 35 12 11 12 37-46 47
13. Nyukasl 35 13 6 16 49-51 45
14. Lids 35 10 13 12 47-52 43
15. Kristal Pelas 34 11 10 13 36-42 43
16. Nottingem Forest 35 11 9 15 44-46 42
17. Tottenhem 35 9 10 16 45-54 37
18. Vest Hem 35 9 9 17 42-61 36
19. Bernli 35 4 8 23 35-71 20
20. Vulverhempton 35 3 9 23 25-63 18
Bombardirlər: Holann (MS) – 25, Tyaqo (Brentford) – 22, Semenyo (Bornmut), Pedro (Çelsi) - 15.
Növbəti turun oyunları mayın 9-11-i aralığında keçiriləcək: Liverpul – Çelsi, Brayton – Vulverhempton, Sanderlend – Mançester Yunayted, Fulhem – Bornmut, Mançester Siti – Brentford, Bernli – Aston Villa, Kristal Pelas – Everton, Nottingem Forest - Nyukasl, Vest Hem – Arsenal, Tottenhem – Lids.
Turun rəqəmi
11 – “Liverpul”un cari mövsümdəki məğlubiyyətlərinin sayı bu həddə çatdı. 11 məğlubiyyət 2014/15 mövsümündən bəri komanda üçün ən pis göstəricidi. Həmin mövsümdə 12 dəfə uduzmuşdular.
Turun ulduzu
Viktor Dyökereş (Arsenal) – iki qol və bir məhsuldar ötürmə ilə qələbəyə böyük töhfə verdi. İsveçli ulduz sona qədər meydanda qalsaydı, yəqin ki, meydandan daha yaxşı fərdi göstərici ilə ayrıla bilərdi.
Turun sitatı
Roberto De Zerbi, “Tottenhem”in baş məşqçisi:

“Mövsüm hələ bitməyib, biz bu son iki qələbə ilə kifayətlənə bilmərik. Eyni əhva-ruhiyyə ilə çalışmaq lazımdı. Düşünürəm ki, əsas vəzifəm oyunçular öz keyfiyyətlərini göstərməkdə yardım etməkdi. Vəziyyət hər həftə dəyişə bilər. Turnir cədvəlindəki vəziyyəti unutmamalıyıq. Mübarizəni davam etdirməliyik”.


Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Lap əvvəldən əla oyun göstərdik. Bir neçə dəfə fərdi ustalıq gördük, bu da vacibdi. Gücümüzü, qətiyyətimizi və soyuqqanlılığımızı göstərdik. Komanda il ərzində çox sabit oynayıb. Düşünürəm ki, klub tarixində ilk dəfə il ərzində bu qədər çox oyunda qələbə qazanmışıq. Ritmi yaxalamışıq. İndi bu stadionun tarixindəki ən vacib oyunlardan biri (“Atletiko” ilə qarşılaşmanı nəzərdə tutur – red.) bizi gözləyir”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Rəqibin üstün tərəflərinə nəzarət edə bilmədik. Onların çoxlu üstün keyfiyyətinin olduğunu bilirdik. Əsas da standart vəziyyətləri və əks-hücumları nəzərdə tuturam. İlk qolu standart vəziyyətdən sonra buraxdıq, ikincini... “Yunayted”ə qarşı oynayırsansa, dəqiq anlamaq lazımdı ki, topu harda itirmək olar, harda olmaz. Rəqibin çoxlu sürətli oyunçuları və əlbəttə, keçid fazasında səni cəzalandıran Bruno Fernandeşi var. İkinci qolda məhz bu baş verdi. Hesabı bərabərləşdirsək də, sonradan biranlığıa oyundan qopduq və 3-cü qolu buraxdıq. Topa çox nəzarət etdik, MY bilərərəkdən rəqibə bu imkanı yaradır. 2-ci hissədə hər iki cinahla hücumlar qurmağa çalışdıq. Düşünürəm ki, hesab 2:2 olandan sonra kimsə bu oyunda uduzacağımızı gözləmirdi. Ancaq mövsümün bütün axarına baxsaq, bəlkə də kimsə gözləyirdi. Artıq neçənci dəfə oyunun müəyyən məqamında mübarizədən qopduq və dərhal bizi cəzalandırdılar”.


Maykl Karrik, MY-nin baş məşqçisi:

“Oyun yaxşı getdi. Əksər epizodlarda həqiqətən yaxşı oynadıq. Rəqibin topu ələ keçirəcəyini, orta sahədə çoxluq yaratmağa çalışacağını bilirdik. Fasilədən sonra oyunun axarı kəskin dəyişdi. Diallo və Lammens liderlər qrupunda olmağımız üçün çox şey edib. Ancaq səhvlər də futbolun bir hissəsidi. Sonda qələbəni qoparmaq və stadionun necə bayram etdiyini görmək xüsusi hadisədi. Çempionlar Liqasına dönüş möhtəşəmdi. Əlbəttə, biz bundan artığını istəyirik. Düzünü desəm, mən heç vaxt oyunçularla bu məqamı müzakirə etməmişəm. Yetərincə qələbə qazansan, onsuz da hədəfinə çatacaqsan. Biz daha yaxşı oynaçaq, lazımi nəticələrə nail olmaq, hər oyuna hazır olmaq haqda danışmışıq. Komandadakı indiki mübarizə ruhunu yalnız arzulamaq olar. Hələ sona bir neçə tur qalmış ÇL hədəfinə çatmaq əsl uğurdur. İrəli hərəkəti davam etdirmək istəyirik. Oyunları müxtəlif yollarla qazanmışıq, fərqli maneələri arxada qoymuşuq. Növbəti mövsüm klubda qalmaq hansısa dərəcədə məndən asılı deyil. Hər şey yaxşı gedir, turnir cədvəlindəki durumumuzdan razıyam. Görək bundan sonra necə olur”.


Faktlar
* Dyökereş Aleksis Sançesdən bəri “Arsenal”dakı debüt mövsümündə ən azı 20 qol vuran ilk futbolçu oldu. Çilili 2014/15 mövsümündə 25 dəfə fərqlənmişdi. Dyökereşin hesabında isə cari mövsümdəki bütün turnirlərdə 21 qol var. “Arsenal” isveçli ulduzu ötən yay “Sportinq”dən 63,5+10 milyon avroya alıb.
* MY ikiillik fasilədən sonra ÇL-ə vəsiqə qazansa da, növbəti dəfə çempionluq şansını itirdi. “Yunayted” sonuncu dəfə 2013-cü ildə premyer-liqanın qalibi olub. Bu, Aleks Ferqyusonun çalışdığı son il idi. MY 20 dəfə, yəni hamıdan çox İngiltərə çempionu olub.
* MY ilə oyunun 6-cı dəqiqəsində künc zərbəsinin ardından Kunya “Liverpul”un qapısına yol tapdı. Mersisayd klubu cari mövsümdə standart vəziyyətlərdən (penaltilər nəzərə alınmadan) sonra 17 qol buraxıb. Bu isə klubun bir mövsümdəki ən pis göstəricisidi. Əvvəlki antirekord (16 qol) 1992/93 mövsümündə qeydə alınmışdı.
* Son 10 ildə ilk dəfə “Liverpul” MY ilə çempionat oyunlarında bir xal da qazanmadı. İlk dövrədəki oyunda da “qırmızı şeytanlar” 2:1 hesabıyla qalib gəlmişdi. “Qırmızılar” sonuncu dəfə 2015/16 mövsümünün hər iki oyununda MY-yə uduzmuşdu: 2015-in sentyabrında 1:3, 2016-nın yanvarında 0:1.
* MY növbəti mövsüm ÇL-də oynayacaq. Bu komandanın artıq ilk “5-liy”i tərk etmək ehtimalı yoxdu. MY son iki mövsümdə qitənin ən nüfuzlu klub turnirində oynamayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 May 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri