Arsenal ın sabiq idman direktoru Bolqarıstanda işləyəcək
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
"Arsenal"ın sabiq idman direktoru Edu Qaspar "Nottingem Forest"lə əməkdaşlığı vaxtından əvvəl başa vurduqdan sonra yeni işə başlayıb.
Sportal.az xəbər verir ki, braziliyalı funksioner Bolqarıstanın "Levski" (Sofiya) klubunun yenidən yaradılmış İdarə Heyətinin tərkibinə daxil olub. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Şuraya 5 nəfər daxildir. Klub Edunun idman strategiyası, futbolçuların seçilməsi, istedadların inkişafı və təşkilati strukturun qurulması sahəsindəki təcrübəsini qeyd edib. Eyni zamanda, "Levski" 48 yaşlı mütəxəssisin dəqiq hansı vəzifəni tutacağını və hansı funksiyaları yerinə yetirəcəyini hələlik açıqlamayıb.
İdarə Heyətinin növbəti iclasında klubun sədri və icraçı direktoru seçilməlidir. "Levski" ötən mövsüm "Ludoqorets"in ardıcıl 14 çempionluq seriyasına son qoyaraq Bolqarıstan çempionu olub.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 14 Sentyabr 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















