“Arsenal” “Tottenhem”in kapitanını istəyir
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərənin “Arsenal” futbol komandası müdafiə xəttini “Tottenhem”in kapitanı Kristian Romero ilə gücləndirə bilər.
İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, Britaniya mətbuatının məlumatına görə, argentinalı müdafiəçi “Arsenal”a keçməyə qarşı deyil. Lakin “Tottenhem” rəhbərliyi 28 yaşlı futbolçunun Şimali London rəqibinə satılmasını istəmir.
“Arsenal” yay transfer pəncərəsində mərkəz müdafiəçisi axtarışlarını davam etdirir. London klubu daha əvvəl Romero variantını nəzərdən keçirib.
“Tottenhem” isə əsas futbolçularından birini birbaşa rəqibinə buraxmamaq mövqeyindədir. Buna görə mümkün transferin reallaşması asan görünmür.
Qeyd edək ki, Romero Argentina millisinin də üzvüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 Avqust 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















