Icma.az
close
up
RU
Arsenala qəbul edilən bu raket ilk dəfə paradda göstərildi

Arsenala qəbul edilən bu raket ilk dəfə paradda göstərildi

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Vətən Müharibəsində əldə etdiyimiz Qələbənin 5-ci ildönümünə həsr edilən Zəfər Paradında Silahlı Qüvvələrimizin arsenalına qəbul edilən bir çox yeni texnika, silah, vasitə və avadanlıqlar ilk dəfə ictimaiyyətə nümayiş etdirildi. Onlardan biri də “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən hazırlanan “Ice Breaker” qanadlı raketi idi”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında paylaşıb.

O qeyd edib ki, 300 kilometrə qədər mənzilə malik bu raket ilk dəfə 18-22 iyul 2022-ci il tarixlərində “Farnborough Airshow” sərgisində təqdim edildi:

“Ice Breaker" raketi 2021-ci ildə eyni şirkət tərəfindən təqdim edilən “Sea Breaker” gəmi əleyhinə raket ailəsinin bir üzvüdür. Bu raketin hazırlanması proqramı uzaqmənzilli, çoxməqsədli raketin əldə olunmasını nəzərdə tuturdu. “Ice Breaker” çoxməqsədli raketdir, hava, quru və dəniz hədəfləri ilə mübarizə aparmaq üçün hazırlanıb. 

“Ice Breaker” raketi axtarış, hədəf tanıma və operatordan asılı olmadan hədəfin seçilməsi və məhv edilməsi üçün süni intellekt alqoritmlərindən istifadə etməyə imkan verən bort kompüteri ilə təchiz olunub. Bu isə onu 5-ci nəsil raket olduğunu göstərir”.

Eksperin sözlərinə görə, “Rafael Advanced Defense Systems” raketin gövdəsini gizli (stels) texnologiyadan istifadə edərək hazırlayıb, bu isə onun radarlara görünməsini maksimum çətinləşdirir. Raket rəqəmsal idarəetmə sistemi ilə 3,73 kN dartma gücü istehsal edən “Safran Microturbo TRI 60” turbo mühərriki ilə təchiz olunub. Süni intellektdən sayəsində raketin idarəetmə və analiz sistemləri avtomatik rejimdə fəailiyyət göstərir:

“Yeni nəslə aid olan raketin istənilən hava şəraitində, GPS sisteminin mövcud olmadığı və mürəkkəb radielektron müdaxilə şəraitində fəaliyyət göstərə bilir. Qatlanan karbon lifli qanadlara malik raket olduqca kompakt ölçülərə malikdir. Onun diametri 300 mm, uzunluğu isə 3980 mm-dir. Təvazökar ölçüsünə baxmayaraq, raket 300 km-ə qədər məsafədəki hədəflərə qarşı effektiv nəticələr göstərir.

300 km məsafəyə uçuş 20 dəqiqədən çox çəkmir, ən uzaq məsafələrdə belə raket komanda və idarəetmə mərkəzi ilə təhlükəsiz ikitərəfli əlaqə qurmaq qabiliyyətinə malikdir. İdarəetmə Mərkəzi raketin uçuşuna tənzimləmələr edə bilir, yəni raket buraxılandan sonra belə onun hədəfini dəyişə və ya dayandıra bilir, uçuş zamanı vəziyyəti yenidən qiymətləndirə və raketə yeni hədəf təyin edə bilir.

Universal “Ice Breaker” raketləri həm kiçik gəmilərdə, həm pilotlu və pilotsuz aviasiya vasitələrində, həm də personal daşıyıcılarında və pikap tipli avtomobillərdə yerləşdirilə bilər. 
Bundan əlavə, raketin təhlükəsiz rabitə sistemi sayəsində həm raket və sahil batareyası arasında, həm də digər batareyalar və gəmilərlə real vaxt rejimində rabitə təmin edilir.

Qabaqcıl Missiya Planlaşdırması və Nəzarət (AMP) sistemi qurudan və dənizdən eyni vaxtda həyata keçirilən hücumların koordinasiyasını da təmin edir.

“Ice Breaker” raketinin son dərəcə aşağı hündürlüklərdə (2-5 metr) uçması, gizli texnologiyaya malik olması və avtonom  rejimində işləməsi onu analoqlarından fərqləndirir. Beşinci nəsil raketin müxtəlif təyyarə və helikopterlərdən, o cümlədən, “Gripen”, FA-50, M-346, Jf-17 və F-16 təyyarələrindən buraxılması mümkündür. “Gripen” və JF-17 qırıcısı asqılarında 6 ədəd, F-16 isə 7 ədəd “Ice Breaker” raketi daşıya bilər. 

Digər bir neçə əsas parametr isə yeni raketin hücumları üçün GPS peyk sistemindən asılı olmamasıdır. Bu, digər “Rafael" sistemləri ilə tam uyğun olan zərbə silahıdır. Məsələn, daşıyıcı buraxılış təyyarəsində və ya helikopterdə “Spice 1000” silah idarəetmə blokundan istifadə ediləndə digər platformada olan “Ice Breaker” gəmi əleyhinə raketindən istifadə edilə bilir. 

350 kiloqram kütləyə və aşağı hündürlükdə 300 km məsafəyə zərbə imkanına malik raket süni intellekt sayəsində dərin təhlil texnologiyasına, avtomatik hədəf əldə etmə (ATA) və avtomatik hədəf tanıma (ATR) imkanları əldə edib. 

“Ice Breaker” raketi çətin radioelektron müdaxilə mühitində işləyə bilir, stasionar və ya hərəkət edən hədəfləri vurmaq üçün maneə törətmə cəhdlərinə müqavimət göstərən müstəqil naviqasiya və tuşlama texnologiyasına malikdir.

Raket hədəfə qoğru hərəkət zamanı yol nöqtələrinə, azimuta, hücum meydançası bucağına və tuşlama nöqtəsi seçiminə uyğun olaraq əvvəlcədən müəyyən edilən hücum planlarına əsaslanan və digər əlaqəli vasitələrlə sinxronlaşdırılan hücum həyata keçirir”.

O əlavə edib ki, Azərbaycan dövləti Silahlı Qüvvələrin, o cümlədən, Hərbi Dəniz Qüvvələrinin inkişafına daim yüksək diqqət göstərir. Həm quru, həm də dəniz sərhədlərində baş verə biləcək təhdidlərin aradan qaldırılması üçün zəruri olan bütün tədbirləri görür.

“Ice Breaker” qanadlı raketlərinin alınması da Silahlı Qüvvələrin döyüş potensialının artırılması məqsədi daşıyır. Raketin universal platformaya və süni intellektə malik olması, onun müxtəlif daşıyıcı vasitələrə quraşdırılmasına imkan verir. Bu raketlərin əldə edilməsi Azərbaycanın həm quruda, həm də dənizdə döyüş potensialını kifayət qədər artıracaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Noyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri