Peçenyedə dadı dəyişən gizli səhv bu imiş
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər.
Peçenye hazırlanması üzrə mütəxəssis Syuzan Spungenin sözlərinə görə, bişirmə zamanı ən vacib məqamlardan biri inqrediyentlərin, xüsusilə də unun düzgün ölçülməsidir.
Mütəxəssis bildirir ki, unu stəkanla ölçdükdə onun miqdarı dəyişə bilər. Çünki unun qaba necə doldurulması və sıxılması ölçünün dəqiqliyinə təsir göstərir. Bu isə xəmirin quruluşunu və peçenyenin son nəticəsini dəyişə bilər.
Onun sözlərinə görə, mətbəx tərəzisindən istifadə reseptdə göstərilən miqdarları dəqiq saxlamağa və hər dəfə eyni nəticəni əldə etməyə kömək edir.
Bundan başqa, yumurtaların çəkisi də nəzərə alınmalıdır. Belə ki, iri ölçülü yumurtaların çəkisi fərqli ola bilər. Məsələn, reseptdə bir yumurta tələb olunsa da, yumurtanın çəkisindəki fərq xəmirin tərkibinə təsir göstərə bilər.
Mütəxəssis hesab edir ki, peçenyelərin reseptdəki görüntüyə və dada uyğun alınmasını istəyənlər mətbəx tərəzisindən istifadə etməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 11 Noyabr 2026 04:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















