Arsenaldan Seltikə keçir
"Arsenal"ın müdafiəçisi Kiran Tirni karyerasını "Seltik"də davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, klublar arasında razılıq əldə olunduğu bildirib. 27 yaşlı müdafiəçi yaxın günlərdə "ağ-yaşıllar"a qoşulacaq.
Qeyd edək ki, Kiran Tirni "Seltik"in yetirməsidir. Şotlandiya millisinin üzvü 2019-cu ilin avqust ayında "Arsenal"a keçib. O, bu mövsüm London təmsilçisinin heyətində cəmi 1 rəsmi matçda meydana çıxıb.
Baxış sayı:57
Mənbə:https://qol.az