Icma.az
close
up
RU
“Art Weekend” çərçivəsində “Axar yaddaş” sərgisi təqdim olunub

“Art Weekend” çərçivəsində “Axar yaddaş” sərgisi təqdim olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi çərçivəsində oktyabrın 30-da bir neçə rəssamın əsərlərindən ibarət “Axar yaddaş” sərgisi təqdim olunub.

AZƏRTAC xəbər verir ki, sərgi İçərişəhərdəki tarixi Yeraltı hamamda keçirilib və “Art Weekend” layihəsinin əsas elementi olan su ilə bağlılıq ideyasını özündə əks etdirir.

Layihə Əməkdar rəssam Səbinə Şıxlinskaya, eləcə də gənc rəssamlar Nərgiz Əsgərova Ramizqızı, Aliyə Bayramova və Timur Zaripovun iştirakı ilə hamam məkanını keçmişlə bu gün arasında axan yaddaş sahəsinə çevirir.

Əməkdar rəssam Səbinə Şıxlinskaya jurnalistlərə açıqlamasında söyləyib ki, hamam ənənəsi bizim milli kimliyimiz haqqında danışan ən mühüm tarixi ənənələrdəndir. O, rəssamlar üçün videoinstalyasiyaları, yəni, müasir incəsənət əsərlərini muzey məkanında nümayiş etdirmək baxımından unikal imkan yaratdığını vurğulayaraq deyib: “Hesab edirəm ki, bu, möhtəşəm layihədir. Biz öz irsimiz və ənənələrimiz ilə fəxr edirik. Məhz buna görə İçərişəhərdə səkkiz hamam mövcuddur. Bu, həm emosional, həm də vizual baxımdan inanılmaz effekt yaradır. Bizim üçün burada işləmək, bu qədim divarlara toxunmaq, videoproyeksiyalarımızın bu qədimliyin enerjisi ilə necə birləşdiyini görmək çox maraqlı idi. İstəyirik ki, ziyarətçilər suyu həm də fəlsəfi mənada dərk etsinlər. Çünki bu, insanın qədim zamanlardan bəri su ilə birləşərək mənəvi təmizlənməsi, kamilləşməsi və kainata toxunması ilə bağlıdır”.

Kurator Mənsurə Məmmədəliyevanın sözlərinə görə, sərgi ictimai münasibətlərin, şəxsi xatirələrin və mədəni davamlılığın daşıyıcısı kimi təqdim olunur. “Hamam mədəniyyəti burada həm kollektiv, həm də fərdi yaddaş məkanı kimi oxunur. Sərgi Azərbaycanın hamam mədəniyyətini su, yaddaş və təmizlik anlayışları kontekstində araşdırır. Burada hamam yalnız memarlıq forması və fiziki məkan kimi deyil, həm də mədəni davamlılığın daşıyıcısı kimi təqdim olunur”,- deyə kurator əlavə edib.

Sərginin art meneceri Aqnessa Tariverdiyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, layihə həm tarixi-mədəni irsin qorunması, həm də ekoloji və sosial məsuliyyət anlayışlarını çağdaş sənət diskursuna daxil edir. O, sərginin tədqiqatyönümlü kurator jesti olmaqla yanaşı, çağdaş insanın yaddaş və məkanla münasibətinə poetik refleksiya yaratdığını da diqqətə çatdırıb.

Gənc rəssam Nərgiz Əsgərova öz əsəri barədə danışarkən bildirib: “Hamam mədəniyyətində suya duz və sirkə qataraq bədəndəki mənfi enerjini təmizləmək ritualı var. Mənim əsərim “Su kimi” adlanır və bu, insanın bütün maneələrə baxmayaraq, öz yolunu tapmasını simvolizə edir. Su heç vaxt dayanmaz – qarşısına maneələr çıxsa da, yolunu tapır. Su dəyişməkdən qorxmaz, o, bizə çevrilməyi öyrədir.”

Rəssamın təqdim etdiyi nanovideoinstalyasiya suyun mədəni və simvolik qatlarını araşdırır. “Burada su həyatın başlanğıcı, təmizlənmə və yenilənmə rəmzi kimi təqdim edilir. Hamam isə bu kontekstdə bədənin, ruhun və yaddaşın təmizlənməsi, yenidən doğuluş məkanı kimi təsvir olunur.

Əsərdə rəqəmsal texnologiya vasitəsilə suyun yaddaş və kimlik daşıyıcısı kimi çevrilmə gücü vurğulanır. Suyun şəffaflığı və axması insanın daxili aləmi ilə qovuşur, tamaşaçını sakit, lakin dərin bir təcrübəyə dəvət edir”, - deyə o əlavə edib.

“Axar yaddaş” sərgisi noyabrın 13-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri