Icma.az
close
up
RU
“Art Weekend” çərçivəsində daha bir sərgi “Əcdadlar”

“Art Weekend” çərçivəsində daha bir sərgi “Əcdadlar”

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da İçərişəhərdəki “Q Gallery”də “Əcdadlar” sərgisi açılıb. Sərgi Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtda keçirilən “Art Weekend”ə daxil edilən ekspozisiyalardandır.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva sərgi ilə tanış olublar.

Burada Azərbaycan sənətinin müasir nümayəndələri – Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulov öz yaradıcılıqları vasitəsilə keçmişin izlərini bu günə gətirərək, ziyarətçilərə milli ruhun dərin qatlarını yenidən hiss etdirməyə çalışır.

AZƏRTAC-a müsahibəsində rəssam Rəşad Ələkbərov həmkarlarının fərqli üslubda işlədiklərini bildirib. Öz əsərlərində daha çox kölgə effektindən istifadə etdiyini qeyd edən fırça ustası həmkarları ilə birgə sərgi təşkil etmək fikrinə gəldiklərini deyib: “15 il əvvəl birgə layihəmiz olub. Lakin zaman keçib, biz dəyişmişik, düşüncələrimiz dəyişib. Qərara gəldik ki, indiki sərginin mövzüsu əcdadlarımız haqqında olsun. Düşündük ki, insanlar üçün köklərimiz, əcdadlarımız barədə fərqli bilgi almaq maraqlı olar”. Sərgidə üç əsərinin nümayiş olunduğunu bildirən Rəşad Ələkbərov hər birinin atalar sözündən ilhamlanaraq ərsəyə gəldiyini, rəsmlərdə onlara olan baxış bucağının əks olunduğunu diqqətə çatdırıb.

AZƏRTAC-la həmsöhbət olan rəssam Fərid Rəsulov əsərlərində yağlı və sulu boyalardan istifadə etdiyini bildirib. İşlərində əcdadlarımızın kultu olan qoyun haqqında danışan rəssam bütün dövrlərdə bu heyvanların bizim yaşam tərzimizin bir hissəsi olduğunu qeyd edib. “Köçəri olan, dağlarda yaşayan vaxtlarda bizim əcdadlarımız hər zaman qoyunçuluqla məşğul olublar. Ona görə bizim üçün qoyun bir növ totemdir. Qoyunlar bir çox mədəni abidələrimizdə də təsvir olunub”, - deyə o əlavə edib.

Qoruyub saxladığımız hər bir adət, ötürdüyümüz hər bir hekayə, hətta üz cizgilərimizdə əks olunan xüsusiyyətlər, bizdən əvvəl yaşamış, xəyal qurmuş və yaratmış saysız-hesabsız nəsillərin mirasıdır. Evimiz adlandırdığımız torpaq həm həyatın beşiyi, həm də bizi biz edənlərin izlərini səssizcə qoruyub saxlayan bir məkandır. Güclü və fərqli bədii ifadələr vasitəsilə “Əcdadlar” ziyarətçiləri yaddaş, ənənə və mədəni irs qatlarından keçən düşüncəyə dəvət edir. Bu sərgi bizi bu davamlı silsilə içindəki yerimiz barədə düşünməyə, həmçinin, bir gün bizim də gələcək nəsillərin formalaşmasında zəncirin bir halqasına çevriləcəyimizi xatırlamağa çağırır.

Faiq Əhməd “Əcdadlar” sərgisində təqdim etdiyi əsərləri daha çox minimal formada işləyib. Sənətçinin yaratdığı insan portretləri zahirən sadə olsa da, tamaşaçını öz daxili hisslərini görməyə vadar edir.

Rəşad Ələkbərov sərgidə “Atalar sözləri” konsepti üzərində işləyir. O, xalqın dərin hikmətini əks etdirən sözləri vizual sənət vasitəsilə təqdim edir. Sənətçi əmindir ki, bəzi atalar sözləri yalnız müəyyən zaman üçün deyil, gələcək nəsillər üçün də aktual qalır, illər sonra belə mənasını itirməyəcək hikmətləri daşıyır.

Fərid Rəsulov müəllifi olduğu işlərdə əsas mövzu kimi qoyunları təsvir edir. Onun fikrincə, qoyunlar bir totem rəmzidir. Qoyun və quzu qədim zamanlardan bizim həyatımızın bir parçası olub və sərgidə əsas məqsədi məhz bu əlaqəni – əcdadlarımızdan günümüzə gələn həyat və simvolizmi göstərməkdir.

Orxan Hüseynov tamaşaçını gündəlik həyatda çoxlarının artıq diqqət yetirmədiyi detalların içindən tarixə aparır. Əsərlərində Vətən mənzərəsi, doğma diyar, torpaq, göl və insanların yaşadığı, öyrəşdiyi ərazilər canlanır. Coğrafiya və məkanlar bir zamanlar əcdadlarımızın yaşadığı, izlər qoyduğu yerlər kimi təqdim olunur, indi isə biz həmin yerlərdə yaşayır, onları yenidən kəşf edirik.

“Əcdadlar” sərgisi hər bir fərdin mənsub olduğu nəsillər zəncirindəki yerini dərk etməyə, gələcək nəsillərin formalaşmasında da iz buraxacağımızı xatırlamağa çağırır. Eyni zamanda, sərgi məkanın – yəni torpağın – təkcə həyat beşiyi deyil, həm də sükutla əcdadlarımızın izlərini qoruyan bir yaddaş daşıyıcısı olduğunu vurğulayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri