Artım proqnozu dəyişməyib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünya Bankı Azərbaycanda ümumi daxil məhsulun 2025-ci ildə 2,7 faiz, 2026-cı ildə isə 2,4 faiz artacağını proqnozlaşdırır. Hesabata görə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4 faiz artıb ki, bu da 2023-cü ildə əldə olunmuş 1,1 faizlik göstəricisindən xeyli yüksəkdir. Bu barədə məlumat bankın “Qlobal iqtisadi perspektivlər” hesabatının yanvar buraxılışında yer alıb.
Nəşrin məlumatına görə, Dünya Bankının Azərbaycanın iqtisadi artımı ilə bağlı rəyi oktyabr ayı ilə müqayisədə dəyişməz qalsa da, iyun ayının proqnozunu 0,3 faiz bəndi üstələyib.
Xatırladaq ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ölkə üzrə ümumi daxili məhsulun 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə isə 2,8 faiz artacağını proqnozlaşdırır. Bu da Dünya Bankının müvafiq proqnozlarından xeyli çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 18 Yanvar 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















