Icma.az
close
up
RU
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...”

“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Düzdü, Rusiya oxşar hallarda dəfələrlə inadkarlıq göstərib. Biz bunu Ukrayna səmasında Malayziya təyyarəsinin vurulması, Polşa prezidentinin təyyarəsinin Rusiya səmasında məqsədyönlü şəkildə qəzaya uğradılmasından və s. sonra da görmüşük.  Lakin “AZAL”-ın təyyarəsinin vurulmasıyla bağlı tamam fərqli bir mənzərə yaranıb...”

“Ötən il dekabrın 25-də Rusiya səmasında Azərbaycanın sərnişin təyyarəsinin vurulması ətrafındakı müzakirələrdə məni ən çox narahat edən bir vaxtlar özünü Azərbaycanın dostları kimi tanıdan Rusiya politoloq və ekspertlərinin gün kimi aydın olan bu məsələdə qorxaqcasına susmasıdır. Buna görə də biz həqiqi dostlarımızın və düşmənlərimizin kimlər olmasını bilməliyik”.

Hərbi-siyasi ekspert Üzeyir Cəfərov bunu Moderator.az-a açıqlamasında 2024-cü il dekbrın 25-də Azərbaycan təyyarəsinin Rusiya səmasında Rusiya hərbçiləri tərəfindən vurulması cinayətinin açılması, cinayətkarların cəzalandırılması, həlak olan sərnişinlərin ailıələrinə kompensasiya ödənilməsi və s. ilə bağlı fikirlərini bildirərkən belə deyib.

“Ötən il dekabrın 25-də Azərbaycan sərnişin təyyarəsinin məhz Rusiya tərəfindən vurulmasıyla bağlı mənim ilk günlərdən heç bir şübhəm və ya başqa fikrim olmayıb. Bunu artıq Braziliyada şifrələnərək qaytarılmış “qara” qutunun yazıları da sübut edib və demək olar ki, bu cinayət açılıb.  O ki qaldı Rusiyanın inadkarlıq göstərməsinə və sonuncu dəfə Rusiya xarici işlər nazirinin müavini Qaluzinin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi sorğu-suala çəkməsinə - bunlar hamısı Kreml tərəfindən atılan yersiz addımlardır. Rusiya təyyarəmizlə bağlı törətdiyi cinayətə görə cəzalandırılmalıdır, Azərbaycan xalqından rəsmən ictimai şəkildə üzr istəməlidir və həlak olanların ailələrinə kompensasiya ödəməlidir...  

Və onu da deyim ki, kompensasiya yalnız həlak olan vətəndaşlarımıza görə deyil, həmçinin “AZAL”-ın məhv edilmiş təyyarəsinə görə də ödənilməlidir. Artıq bu haqda Azərbaycan siyasi rəhbərliyi də öz fikrini bildirib”, - deyə davamında ekspert bildirib.

“Mən də hesab edirəm ki, bu cinayəti törədənlər artıq bəllidir və həmin şəxslər mütləq mənada cinayət məsuliyyətinə cəlb edilməlidir. Və Moskvanın bu cinayətə görə həm açıq, rəsmi formada üzr istəyəcəyinə və kompensasiya ödəyəcəyinə zərrə qədər də şübhə etmirəm... 

Düzdü, Rusiya oxşar hallarda dəfələrlə inadkarlıq göstərib. Biz bunu Ukrayna səmasında Malayziya təyyarəsinin vurulması, Polşa prezidentinin təyyarəsinin Rusiya səmasında məqsədyönlü şəkildə qəzaya uğradılmasından və s. sonra da görmüşük.  Lakin “AZAL”-ın təyyarəsinin vurulmasıyla bağlı tamam fərqli bir mənzərə yaranıb. Ona görə də Kremlin tez bir zamanda öz cinayətini etiraf edəcəyini düşünürəm. Çünki başqa variant yoxdur, hər şey gün kimi aydındır. Bu mövzuda Rusiyanın dezinformasiyaları, Lavrovun yalanları, o cümlədən Putinin mətbuat katibi Peskovun özünü bilməzliyə vurması, Rusiya XİN rəsmisi Zaxarovanın hədyanları isə keçərli deyil”,- Üzeyir Cəfərov belə deyib.

“Sərnişin təyyarəmizin vurulması ətrafındakı müzakirələrdə məni ən çox narahat edən bir vaxtlar özünü Azərbaycanın dostları kimi tanıdan Rusiya politoloq və ekspertlərinin gün kimi aydın olan bu məsələdə qorxaqcasına susmasıdır. Buna görə də biz həqiqi dostlarımızın və düşmənlərimizin kimlər olmasını bilməliyik.

Onu da qeyd etmək istəyirəm ki, bu gün çox ciddi proseslər baş verir. Və hesab edirəm ki, əgər Rusiya Azərbaycanı itirmək istəmirsə, həm təyyarəmizin vurulması məsələsində, eyni zamanda bundan əvvəl Qarabağ məsələsi ilə bağlı etdiyi cinayət və səhvləri etiraf edərək xalqımızdan, dövlətimizdən üzr istəməlidir. Yalnız o halqda Kremlin bizə qarşı səmimi münasibətindən danışmaq olar...

Və bir daha nəzərə çatdırıram ki, təyyarəmiz məqsədyönlü şəkildə vurulub. İndiyədək də Moskva tərəfindən müxtəlif çaşdırıcı addımlar atılır, müxtəlif dezinformasiyalar yayılırdı ki, Rusiya bu cinayəti öz üzərindən atsın. Şükürlər olsun ki, bizim qazax dostlarımız da bu məsələdə sonadək məsuliyyətlərini dərk etdilər və Qazaxıstan Rusiyanın məsuliyyətdən yayına bilməyəcəyini bir daha bəyan etdi.  Və bu yalnız Qazaxıstan rəsmilərinin yox, həm də Qazax xalqının mövqeyidir. Buna da mən şəxsən sevinirəm”, -deyə - ekspert diqqətə çatdırıb.

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Fevral 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri