Icma.az
close
up
RU
Artıq nə Qərb ölkələri, nə də Rusiya geri çəkilmək fikrində deyil

Artıq nə Qərb ölkələri, nə də Rusiya geri çəkilmək fikrində deyil

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Təəssüf ki, Rusiya-Ukrayna müharibəsi getdikcə gərginləşir və qarşılıqlı şəkildə atılan addımlar hər iki ölkəni dünya müharibəsi həddinə sürətlə sürükləyir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, xüsusilə də, Qərbin uzaq mənzilli raketlərindən istifadəyə icazə verilməsi, bundan sonra Rusiyanın atdığı cavab addımları bölgə üçün nüvə müharibəsi təhlükəsini artırır: "Ən pisi bundan ibarətdir ki, vəziyyətin gərginləşdirilməsinə doğru yeni-yeni addımlar atıldıqca qarşı tərəfdən daha kəskin cavab reaksiyasını görürük. Çünki Amerikanın Ukraynaya Rusiyanın iç hədəflərini raketlə vurulmasına icazə verməsindən sonra Rusiya qitələrarası ballistik raketlə cavab verdi və nüvə doktrinasını dəyişdi. Daha təhlükəlisi isə ondan ibarətdir ki, artıq nə Qərb ölkələri, nə də Rusiya geri çəkilmək fikrində deyillər.

Bu ölkələr arasında nəinki müharibənin yekunlaşdırılması, hətta bu dövlətləri idarə edən hakimiyyətlərin arasında atəşkəsin dayanması, yaxud da əsirlərin dəyişdirilməsi ilə bağlı kiçik bir dialoqun qurulması belə qeyri-mümkündür, bunun səbəbi də qeyd etdiyim kimi, Ukrayna və Rusiyadakı hakimiyyətlər bir-birinə genetik olaraq nifrət edirlər. Digər tərəfdən, Ukraynanın arxasında duran kollektiv Qərb hansı formada dəstək verməsindən asılı olmayaraq Ukraynanın bu müharibədə vaxtsız geri çəkilməsinə, yaxud da sülhə meyllənməsinə, fikrimcə, imkan verməzlər. Ukrayna və Rusiyanın hədəfləri bir-birinə ziddir.

Qərb ölkələri, NATO bloku, xüsusilə də, Amerika Birləşmiş Ştatları getdikcə vəziyyəti gərginləşdirən addımlar atır. Geri çəkilmək niyyətində olmadıqlarını ifadə edirlər. Ukrayna yeni silahlarla təchiz olunur. Ukraynaya hərbi maliyyə yardımı getdikcə artırılır. Amerika elə bir siyasət aparır ki, Bayden administrasiyası hakimiyyətə gələn kimi bu dəhlizdən geri dönmək imkanı olmasın. Bütün bunlar onu deməyə əsas verir ki, müharibənin getdikcə daha da gərgin nöqtəyə çatacağı realdır. Hadisələr o həddə qədər inkişaf edə bilər ki, Ukraynada biz artıq taktiki nüvə silahının işə salınmasının da şahidi ola bilərik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri