Tehran geri çəkilmək istəmir
Icma.az, Reyting.az saytına istinadən bildirir.
ABŞ tərəfindən İranın nüvə obyektlərinə hücumla əlaqədar Tehran öz maraqlarını qorumaq üçün bütün mümkün variantları özündə saxlayır.
Reyting.az xəbər verir ki, bunu İranın Xarici işlər naziri Abbas Əraqçi bildirib.
Diplomat vurğulayıb ki, Vaşinqton həm BMT Nizamnaməsini, həm də beynəlxalq hüququ pozub və İrana hücumun uzunmüddətli nəticələri olacaq.
Bundan əvvəl husilər ABŞ-nın İranın nüvə obyektlərinə zərbələr endirməsini pisləyib və İsrail və ABŞ-la qarşıdurmada Tehrana dəstək verəcəklərini vəd ediblər.
Bundan başqa, Fələstinin HƏMAS hərəkatı da ABŞ-nın İrana hücumundan sonra Tehranla həmrəy olduğunu bildirib.
Onu da xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə zərbələr endirib. Donald Tramp bildirib ki, ABŞ İranın uranı zənginləşdirən obyektlərini - Fordo, Natanz və İsfahanı tamamilə məhv edib.
Y. QACAR
Bu mövzuda digər xəbərlər:Meymunçiçəyi geri çəkilmək istəmir
29 Dekabr 2024 10:46
Tehran hakimiyyəti nüvə proqramından geri çəkilmək niyyətində deyil ŞƏRH
23 İyul 2025 16:24
Zelenski: Donbasdan geri çəkilmək olmayacaq
20 Oktyabr 2025 11:53
Avropanın qorxusu: Tramp geri çəkilmək üçün...
29 Aprel 2025 07:23
Məndə geri çəkilmək yoxdur Kaxaber Tsxadadze
30 Avqust 2025 23:55
Baxış sayı:124
Bu xəbər 22 İyun 2025 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















