Icma.az
close
up
RU
Artıq pəhriz saxlamadan arıqlamaq mümkündür

Artıq pəhriz saxlamadan arıqlamaq mümkündür

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Alimlər qəhvəyi yağ toxumasından PHD2 genini çıxararaq orqanizmdə maddələr mübadiləsini sürətləndirə biləcəklərini aşkar ediblər. Bu kəşf pəhriz saxlamadan daha çox kalori yandırmağa imkan verir.

Bundan əlavə, araşdırmalar bunun piylənmə və 2-ci tip diabet kimi artıq çəki ilə əlaqəli xəstəliklərin müalicəsi üçün yeni yollar aça biləcəyini ifadə edib. Alimlər müəyyənləşdiriblər ki, orqanizm pəhriz saxlamadan daha çox kalori yandıra bilir.

Nottingham Trent Universitetinin tədqiqatçıları qəhvəyi yağ toxumasından PHD2 geninin çıxarılmasının orqanizmdə maddələr mübadiləsinin sürətlənməsinə səbəb olduğunu aşkarlayıblar. “Nature Communications” jurnalında dərc edilən nəticələr geni olmayan siçanların əhəmiyyətli dərəcədə daha çox yemək yeməsinə baxmayaraq, PHD2 geni olanlara nisbətən 60 faiz daha çox kalori yandırdığını göstərib.

PHD2 soyuq havada insanı isti saxlayan bir toxuma növü olan qəhvəyi piylərin tənzimlənməsində əsas rol oynayan gendir. NTU Elm və Texnologiya Məktəbinin tədqiqatçısı Zoi Michailidou bildirib ki, nəticələr piylənmə, 2-ci tip diabet və artıq çəki ilə əlaqəli digər xəstəliklərin müalicəsi üçün yeni üsullara yol aça bilər: “Genin təsirinin azaldılması artıq çəki ilə 2-ci tip şəkərli diabet arasında əlaqəni poza bilər. Bu nəticələr yüksək risk altında olan insanlar üçün çox vacibdir. Bunun hələ erkən olmasına və insanlarda daha çox araşdırmaya ehtiyac olmasına baxmayaraq, PHD2 geninin yağ toxumasından çıxarılması maddələr mübadiləsini artıracaq və daimi pəhrizə ehtiyac olmadan kilo itkisi davamlı olacaq”.

Alimlər oksigen səviyyəsinin dəniz səviyyəsindən aşağı olduğu yerlər və ya yüksək hündürlükdə olmağın insanın maddələr mübadiləsini sürətləndirə biləcəyini diqqətə çatdırıblar. Beləliklə, komanda tədqiqatçıların “orqanizm üçün oksigen sensoru” kimi təsvir etdiyi PHD2 genini qəhvəyi yağ toxumasından çıxararaq bu yüksək hündürlük effektini təqlid edə biləcəklərini görmək istəyib.

Tədqiqatçılar, siçanlar üzərində aparılan testlərdən sonra PHD2 geninin təsirini daha yaxşı başa düşmək üçün 5000-dən çox insanın qanını analiz ediblər. Onlar PHD2 geni tərəfindən kodlanan PHD2 zülalının səviyyəsinin daha çox qarın piyi olanlarda daha yüksək olduğunu müəyyənləşdiriblər. Qrup, həmçinin bu genin diabet və tiroid xəstəlikləri kimi metabolik xəstəliklər riskinin artması ilə əlaqəli olduğunu aşkarlayıb. Dr. Z.Michailidou açıqlamasında bildirib: “Qəhvəyi yağ, soyuq temperaturlara məruz qaldıqda insanlarda daha aktiv olan kalori yandıran toxumanın xüsusi bir növüdür. Yağ hüceyrələrinin oksigeni hiss etməsinə imkan verən bir zülalın məhv edilməsi ilə biz kalori yandırmasının siçanlarda baş verə biləcəyini göstərə bildik”. (Azərtac)

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Aprel 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri