Icma.az
close
up
RU
Artıq yeni bir siyasi mərhələnin başlanmasının konturları görünməkdədir

Artıq yeni bir siyasi mərhələnin başlanmasının konturları görünməkdədir

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesi ilə paralel, həmçinin vətəndaş cəmiyyətlərinin gorüşlərinin keçirilməsi və iki ölkə arasında parlament sədrləri səviyyəsində görüşlər deməyə əsas verir ki, artıq yeni bir siyasi mərhələnin başlanmasının konturları görünməkdədir.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

Onun sözlərinə görə, hökumətlərarası və diplomatik korpusların nümayəndələri səviyyəsindən, iki ölkə arasında qanunverici orqanlar və vətəndaş cəmiyyətləri müstəvisinə keçən görüşlər heç şübhəsiz ki, dövlətlərarası əlaqələrin, həmçinin digər instansiyalarda da paralel olaraq davam etməsini təmin etmək məqsədi daşıyır. Bu kimi görüşlərin sülh gündəliyinin sabitləşməsi istiqamətində müstəsna rolu var. Parlament sədrləri və digər parlamentarilər səviyyəsində keçirilən hər hansı bir görüş sülh müqaviləsinin və yaxud da hansısa razılaşmanın kağız üzərində qalmasından daha çox siyasi institutlarda və ictimai düşüncədə möhkəmləndirilməsini təmin etmək imkanı daha çoxdur və effektivdir:
"Çünki parlament və deputatlar, müəssisə və təşkilatlarla, həmçinin ictimaiyyətlə daha çox ünsiyyətdə və əlaqədə olan bir qurumdur və bu baxımdan onların ictimaiyyətlə olan əlaqələri və ölkə daxilində sülh ideyalarının legitimliyini yayması və aşılaması istiqamətində daha çox faydalıdır və effektli hesab olunur. Cəmiyyətlər arasında uzun illər formalaşmış düşmənçiliyi bir tək diplomatik yollarla aradan qaldırmaq mümkün deyil. Bu baxımdan parlamentlərarası və vətəndaş cəmiyyətləri səviyyəsində dialoq iki ölkə arasında münasibətləri normallaşdırmaq, qarşılıqlı etimadı artırmaq və digər məsələləri önə çıxarmaq baxımından və bu məqsədlə çox vacibdir. Həmçinin iki ölkə arasında əlaqələrin bərpası baxımından belə görüşlərin keçirilməsi onu göstərir ki, vasitəçi olmadan münasibətlərin qurulması daha çox faydalıdır və ən əsası da mümkündür. Hesab edirəm ki, bu kimi görüşlərin keçirilməsi vacibdir və hər iki ölkə üçün faydalıdır. Bundan sonra da belə görüşlərin keçirilməsi daha çox intensiv hal alacaq və yekun sülh müqaviləsinin imzalanmasına öz töhfəsini verəcək".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Oktyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri