Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Enerji əməkdaşlığında yeni mərhələnin konturları

Enerji əməkdaşlığında yeni mərhələnin konturları

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Martın 3-də Bakı daha bir mühüm beynəlxalq enerji platformasına ev sahibliyi etdi. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının növbəti iclasları dəyişən qlobal enerji gündəminin fonunda xüsusi əhəmiyyət kəsb etdi. Tədbirdə çıxış edən cənab Prezident  İlham Əliyev Azərbaycanın enerji siyasətində əldə olunan nəticələri və qarşıdakı dövr üçün prioritetləri diqqətə çatdırdı. Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq illər ərzində genişlənərək çoxşaxəli platformaya çevrilib. Bu gün Azərbaycan qazı 16 ölkəyə çatdırılır. Bu göstərici ixracın yalnız miqyasını deyil, həm də beynəlxalq etimadı əks etdirir. Cənab Prezident çıxışında vurğuladı: “Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq.” Yeni bazarlara çıxış və mövcud tərəfdaşlarla əlaqələrin dərinləşdirilməsi enerji sahəsində davamlı strategiyanın göstəricisidir.

Son illər Azərbaycan yalnız xammal tədarükçüsü kimi deyil, həm də enerji aktivlərinə sərmayə yatıran ölkə kimi çıxış edir. Xarici bazarlarda elektrik istehsalı və emal güclərinin əldə olunması enerji təhlükəsizliyinə daha geniş baxışın formalaşdığını göstərir. Bu yanaşma enerji zəncirinin müxtəlif mərhələlərində iştirak etməyə, gəlirləri şaxələndirməyə və regional bazarlarda mövqeni möhkəmləndirməyə imkan verir. Qarşıdakı illərdə bir sıra yataqlarda qaz hasilatının artımı gözlənilir. Bu artım daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialının genişlənməsinə də şərait yaradacaq. Dövlət başçısının qeyd etdiyi kimi: “Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur.” Bu isə infrastrukturun müasirləşdirilməsi və ötürücü xətlərin gücləndirilməsi zərurətini gündəmə gətirir. Enerji siyasətində mühüm istiqamətlərdən biri də bərpaolunan mənbələrin inkişafıdır. Artıq iri külək və günəş elektrik stansiyaları istifadəyə verilib, hidroenerji potensialının artırılması istiqamətində işlər aparılır. Cənab Prezident alternativ enerji ilə bağlı planları konkret rəqəmlərlə ifadə etdi: “Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik.” Bu hədəf həm ekoloji öhdəliklərin yerinə yetirilməsinə, həm də daxili enerji balansının optimallaşdırılmasına xidmət edir. Eyni zamanda, gələcəkdə elektrik enerjisinin ixracı perspektivləri də nəzərdən keçirilir. Çıxışda enerji keçidinə münasibət aydın şəkildə ifadə olundu. Dövlət başçısı qeyd etdi: “Qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti hesab edirəm ki, iş məhz belə aparılmalıdır.” Bu mövqe göstərir ki, enerji strategiyası tarazlı yanaşma üzərində qurulub: mövcud resurslardan səmərəli istifadə və paralel şəkildə yeni texnologiyalara sərmayə qoyuluşu. Cənab Prezident onu da bildirdi ki: “Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək”.

Bakıda keçirilən iclaslar bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji sahəsində uzunmüddətli və ardıcıl siyasət həyata keçirir. İxracın genişlənməsi, infrastrukturun gücləndirilməsi, alternativ enerji layihələrinin icrası və beynəlxalq tərəfdaşlığın dərinləşdirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil edir. Enerji bazarlarında qeyri-müəyyənliyin davam etdiyi bir dövrdə Bakıdan verilən mesaj sabitlik, əməkdaşlıq və real hədəflərə əsaslanan inkişaf modelidir. Eyni zamanda, bu yanaşma Azərbaycanın qlobal enerji arxitekturasında mövqeyini daha da möhkəmləndirir, ölkəni yalnız resurs təchizatçısı deyil, həm də strateji planlaşdırma və enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaş kimi təqdim edir. Qarşıdakı mərhələdə həm ənənəvi enerji resurslarının səmərəli idarə olunması, həm də yaşıl transformasiyanın sürətləndirilməsi iqtisadi dayanıqlığın əsas dayaqlarından biri olacaq. Beləliklə, formalaşan yeni mərhələ Azərbaycanın enerji siyasətini regional çərçivədən çıxararaq daha geniş geoiqtisadi kontekstdə qiymətləndirməyə əsas verir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Mart 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri