Icma.az
close
up
RU
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” İranlı diplomat

“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” İranlı diplomat

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zəngəzur dəhlizinin açılması üçün yeni fürsətlər yaranıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Radio France Internationale”nin (RFI) təhlilində deyilir.

Fransa radiosu bildirir ki, Zəngəzur layihəsinin əsasını Azərbaycanı Türkiyə ilə birləşdirəcək marşrutun yaradılması təşkil edir:

“Ermənistan ərazisindən (Zəngəzur) keçəcək dəhliz Çin və Avropa arasında ticarət yolunun inkişafı ilə bağlı Türkiyə və Azərbaycanın baxışının bir hissəsidir.​​ İran 40 kilometrlik dəhlizin əleyhinədir. Çünki Tehran bu dəhlizin İranın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi mühüm marşrutu kəsəcəyindən ehtiyat edir.​​​​​ İranın müttəfiqi Ermənistan da dəhlizə qarşı çıxır”.

Bununla belə, mənbə vurğulayır ki, Suriya və Livandakı uğursuzluqları fonunda İranın çətin durumla üzləşməsi Tehranın dəhlizlə bağlı mövqeyinə də təsir göstərib:​​​

“Türkiyəli analitik Attila Yeşilada deyir ki, zəifləmiş İran Qafqazda Türkiyə üçün böyük fürsətdir: “Ermənistanın Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərməsinin yeganə səbəbi İranın onu hərbi yolla müdafiə etmək vədləridir”.

Yeşiladanın sözlərinə görə, Azərbaycan və Türkiyə çətin ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının təzyiqi altında olan İranın təhdidlərini ciddi qəbul etsin”.​​

Materialda qeyd olunur ki, regional uğursuzluqlar və artan təzyiqlər fonunda İran yanvardan mövqeyini yumşaltmağa başlayıb: “Yüksək səviyyəli bir iranlı diplomat söyləyib ki, Zəngəzur dəhlizinə qarşı çıxmaq artıq (Tehran üçün) prioritet deyil”.​​

Mənbənin fikrincə, beynəlxalq sanksiyalar fonunda yeni ticarət yolları axtaran Rusiya da Zəngəzur dəhlizi ideyasını dəstəkləyir .​​​​

“Bütün bunlarla yanaşı, Trampın yeni administrasiyası hələ də dəhliz layihəsi ilə bağlı qərar verməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trampla sıx əlaqələr qurmağa çalışır. Həmçinin Türkiyə lideri ölkələrinin Avropa ilə Çin arasında körpüyə çevrilməsi üçün ümumi məqsəd çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevə dəstək verir”, - Fransa radiosu bildirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri