Icma.az
close
up
RU
Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün fransız şair Artür Rembonun doğum günüdür.
Kulis.az bu münasibətlə müəllif haqqında yazını təqdim edir.

Jan Nikola Artür Rembo 20 oktyabr 1854-cü ildə Fransanın ucqar əyalət şəhəri olan Şarlevildə burjua ailəsində anada olmuşdur.
Anası Artüra həmişə böyük ümid bəsləyirdi. Onun qeyri-adi istedadı hələ uşaqlıq illərindən ortaya çıxmağa başlamışdı. Artür bütün fənnlər üzrə birincilik qazanmış, həmçinin dindar və sözəbaxan bir uşaq idi. Anasının despotizmindən əziyyət çəkən Rembo macəra kitabları oxuyur və azadlığın hökm sürdüyü uzaq, isti ölkələrdə yaşamağı arzulayırdı.

O, 6-7 yaşında hekayələr, daha sonralar şeirlər yazmağa başlamışdır. 15 yaşında isə bu şeirlər ciddi romantik qəliblərə salınmış möhtəşəm əsərlərə çevrilmişdi. Rembo ənənə və obrazlılığı böyük bir diqqətlə qoruyub saxlayır, şeirlərində incə və zərif poetika qatı yaradırdı. Onun qəhrəmanları yunan Allahları, zambaq çiçəyi, göyərçinlər və s. idi. Müəllimi Corc İzombar gənc şairin ilk cəhtlərini dəstəkləyirdi.

1869-cu ildə 15 yaşında "Sensasiya" adlı şerini yazır və bu şeiri Paris jurnallarının birində müəllif adı gösterilmədən nəşir etdirir. Elə həmin ilin əvvəllərində latın dilində bir nəçə şeiri çıxır. Onun 15-19 yaşları arasında yazdıqları simvolizmin və qismən də futurizmin ortaya çıxmasına təkan vermişdir. Gənclik coşğunluğu onu ağlasığmaz bir çırpıntı ilə qaçmağa, axtarmağa, yaratmağa və dağıtmağa sürükləyirdi.

16 yaşı olanda Rembo şeirlərini romantik şair Teodor de Banvilə göndərir. O ilahi gözəlliyin axtarışı üçün şairlər səltənəti olan Parnasa (Parnas – qədim yunanların inancına görə şeir və şairlər aləminin mövcud olduğu dağdır) qoşulmaq istəyini bildirir. O yazırdı: "Mən bütün şairləri sevirəm, bütün parnaslıları sevirəm, çünki bütün parnaslılar ideal gözəlliyə vurğundular... İki il, ola bilsin, hətta bir il sonra Parisə gedəcəyəm. Parnaslı olacağam. Əziz müəllim, sizə söz verirəm, həmişə iki ilahəyə: İlham pərisinə və Azadlıq ilahəsinə pərəstiş edəcəyəm”.

Olduqca gözəl şeirlərindən biri "Günəş və şəhvət"-də Rembo özünü Afroditaya sitayiş edən bütpərəst elan edir: “O, qadın kimi gözəl bədənə sahib, Tanrı kimi sevgi və həyat cövhəri ilə dolu”. Lakin hər dəfə bir neçə ay keçməmiş Rembo ideal gözəlliyə sitayişdən imtina edir. Bunun ardınca onun şeirlərindəki sevgi ilahəsi simasını tamam dəyişir! Bu dəfə Rembo şeirlərinə "iyrənc" bənzətmələr əlavə etməklə, romantizmin zərif simasını darmadağın edir. O bu dəfə "Venera Anadiomeda" şeirini yazır.

Adi halda daxili hissiyyatın dəyişməsi üçün başqa şairlərdən bir neçə il tələb olunsa da, Remboda bu cəmi bir neçə ay alırdı. Bu olduqca sürətli daxili dəyişimlər ərəfəsində Rembonun ilk sərsəriliyi, həmçinin Fransada inqilab və müharibələr başlayır. O, uzaq yerlərə qaçıb, pulsuz və təkbaşına səyahətlər etməyə başlayır. Məktəbdə göstərdiyi əla nəticələrə görə hədiyyə edilmiş kitablarını, ardınca isə saatını satır. Parisə daha sonra Belçikaya qaçır. Jurnalistika ilə məşğul olmağa cəhd edir. Onu bir neçə dəfə "evsiz və yaşamağa imkanı olmayan şəxs" kimi tutub evinə qaytarırlar.

O, inqilabdan ruhlanaraq kommunanı dəstəkləyən alovlu şeirlər yazır. Məmurlara və hakimiyyətə nifrət püskürür, hətta kommunist konstitusiyasının layihəsini hazırlayır. Rembo Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı. Hər bazar günü anasının kölgəsi altında getməyə məcbur olduğu xristian kilsəsinə və xristianlığa dərindən nifrət edirdi. O dəfələrlə barrikadaların arxasında yaxalanır, bu sənədsiz, pulsuz, şübhəli yeniyetməni qatara mindirib həbsxanaya göndərirlər, o isə hər dəfə bir yolla canını qurtarır. Lakin Artür Rembo bunlara baxmayaraq inqilab çəmbərinə çevrilmiş Parisə gedə bilir. 1871-ci ilin 25 yanvarından 10 fevralına qədər o, Parisdə qalır. Onun bu iki həftə ərzində pulsuz necə yaşadığı hələ də məlum deyil.
Daha sonra evə piyada qayıdır. Evdən çoxsaylı qaçışlarının heç bir nəticə verməməsi və nifrət etdiyi rejimin çökməsinə olan inamı Rembonun şeirlərini canlandıran istehza, nifrət, qəzəblə doldurur.

Bu dövrdə yazdığı şeirləri ilə on yeddi yaşlı Rembo yeni poeziyanın əsasını qoymuşdu. Onun ideallaşdırdığı poeziya ürəkdən süzülüb gələn və insanı başını qaldırıb göylərə nəzər yetirməyə məcbur edən poeziya deyildi. Öz deyimi ilə Rembo, "insanı bağırsağından tutub dartan" bir şeiriyyatın yaradıcısı idi. O, istedadını həyatla birləşdirməyə, həyatın onun istedadınının ortaya çıxmasına necə kömək edəcəyini anlamağa çalışırdı. Nəhayət özünə məqsəd tapır. Budur, 1871-ci ilin mayında Rembo dostuna yazdığı məktubunda hər şeyi ətraflı izah edir:

"Şair olmaq istəyən adamın çatmalı olduğu ilk şey tam özünüdərkdir, o ruhunu axtarmalı, təqib etməli, öyrənməli, onu başa düşməyə çalışmalıdır. Onu tam başa düşəndən sonra isə kamilləşdirməyə başlamalıdır! Bu kənardan sadə məsələ kimi görünür... Amma yox, ruhunu çirkinləşdirmək lazımdır. Özünü üzündə ziyillər əkən və becərən insan kimi təsəvvür et.

Beləliklə şair, əsl od oğrusudur. O insanlığa görə, hətta "heyvaniliyə" görə cavabdehdir. Münasib bir dil tapmaq lazımdır. Çünki, hər bir sözün, ideyanın, ortaq dilin zamanı gələcək! Bu dil ruhun ruhla söhbətinə çevriləcək, o hər şeyi içinə alacaq, qoxuları, səsləri, rəngləri, o fikirləri fikirlərlə birləşdirəcək və hərəkətə gətirəcək. Şair öz zəmanəsinin ümumi ruhunda olan gizlinləri müəyyən etməlidir, o fikirlərini ifadə etməkdən daha böyük iş görməldir, Tərəqqiyə doğru gedən yoldan daha böyük yol müəyyən etməlidir!”

Sentyabr ayında Rembo romatik hesab etdiyi şair Pol Verlenə bir neçə şeirini də əlavə etməklə iki məktub yazır. O, məktubunda açıq-aydın Parisə gəlmək üçün pulu olmadığını etiraf edir. Verlen cavab verir: "Gəlin, əziz dost, böyük qəlb, sizi dəvət edirlər, Yolunuzu gözləyirlər". Rembo Parisə yeni şeiri olan “Sərxoş gəmi” ilə birlikdə yola düşür. Verlen onu tanıdıqdan sonra heyrətə gəlir və bir dahini kəşf etdiyi üçün fəxr edirdi. "Sərxoş gəmi" simvolizmin əsas köklərindən birinə çevrilir.

O fanatik bir inadkarlıqla özünü aclıqla, alkoqolla və narkotikayla əzaba düçar edir. Bilərəkdən özünü yuxusuzluğa məhkum edir. O, davakar, hirsli birisinə çevrilir və axırda məlum olur ki, fransız şeir Allahları arasında ona təkcə Verlen tab gətirə bilir. Onların sevgi münasibətləri Verlenin öz ailəsindən uzaqlaşması ilə nəticələnir. Şairlər birlikdə səyahətə çıxırlar. Onlar Belçikaya, daha sonra Londona gedirlər. İngiltərədə fransız dili tədris etməklə pul qazanırlar. Verlenin elə də varlı olmayan anası ona hər ay xeyli pul göndərir. Bütün bunlar isə günlərin bir günü sərxoş Verlenin Remboya söyməsi və ona atəş açması ilə başa çatır.

Verleni həbsə atırlar. İki illiyinə azadlıqdan məhrum olur. Rembo “Cəhənnəmdə bir yay” adlı kiçik bir kitab yazıb, orda yenilikçi və ürək parçalayan poetik nəsri ilə niyə artıq şair olmaq istəmədiyini izah edir. Bu kitabı 1873-cü ildə çap etdirir. Bir neçə nüsxəsini dostlarına hədiyyə edir. Həmçinin, o, həbsxanadan azadlığa çıxan, dindar bir adama çevirilmiş Verlenlə də görüşür. Verlen Rembonu Tanrının yoluna qaytarmağa çalışır. Rembo ordaca onunla savaşır. Yenicə çap olunmuş kitabının yerdə qalan nüsxələrini taleyin ümidinə qoyub, nəinki evini, hətta yaşadığı qitəni tərk edib gedir.

Dilənçi kökündə yaşayan Rembo bütün Avropanı gəzib, burdan getmək üçün vəsait axtarırdı. Nəhayət o gedib holland ordusuna yazılır və axır ki, hərbi əməliyyatlarda iştirak etmək üçün Yava adasına gedən gəmiyə minir. Cəmi üç həftə sonra isə əsgərlikdən qaçır. Adam öldürə bilməyəcəyini anlayır. Yenidən Şarlevilə qayıdır.

1877-ci ildə Rembo Avstriyadan keçməklə Rusiyaya getmək xəyalına düşür, amma yolda onu qarət edirlər və Avstriya polisi onu tutub, Fransaya qaytarır. Rembo bir müddətlik tərcüməçi kimi Avropanı gəzən bir sirkə qoşulub Almaniyaya, Danimarkaya, İsveçə yola düşür. Növbəti ilin payızında o, piyada Alp dağlarını aşır. Genuaya çatır, ordan gəmi ilə İsgəndəriyyəyə üzür. Özünə uyğun iş tapa bilmədiyindən, ordan Kiprə qayıdır və podratçı kimi inşaatda işləməyə başlayır. Lakin Rembonun sağlamlığı burda daha çox dözüm gətirməyə imkan vermir və 1879-cu ilin yayında xəstəlikdən tamamilə əldən düşərək, yenidən Şarlevilə qayıdır.

Yalnız bir il sonra o, Misirə yola düşür və orda həyatında ilk dəfə daimi iş yeri tapa bilir. Rembonun işlədiyi firma kofe və fil sümüyü ticarəti ilə məşğul olurdu. Onu iki əsas cəhətinə görə dəyərləndirirlər: birincisi o yerli dili olduqca tez mənimsəyir, ikincisi heç nədən qorxmur. Rembonun 1885-1887-ci illər arasında ilk dəfə səhralıqdan keçib getdiyi yoldan daha sonra Efiopiyaya dəmir yolu çəkirlər. O, tüfəng əldə etmək üçün iyirmi bir ay karvanla birlikdə səhrada yol gedir. Rembo səfil kimi yaşayır və nə tapsa yeyir. "Mən ancaq su içirəm, onun üçün isə ayda on beş frank pulum çıxır! Heç vaxt çəkmirəm, pambıq paltarlar geyinirəm, paltara çıxan bütün xərcim ilə heç 50 frank eləmir. Burda həyat dözülməz dərəcədə çətin və bahalıdır...”

Parisdən ona gözlənilməz bir xoş xəbər gəlir. Verlen çox böyük çətinliklə Rembonun şeirlərindən yaddaşında qalanları qismən bərpa edir və çap etdirir. Lakin keçmiş şairi bu maraqlandırmır. O, indi coğrafi tədqiqatlarıyla bağlı məqalələr yazmağa çalışırdı.

1891-ci ilin yazında Afrikada keçən on ilin ardından Rembonun dizində şiş əmələ gəlir. O, təcili Marselə yollanır, orda ayağını kəsirlər. Xəstəlik onu tərk etmir. Sarkoma onu yatağa zəncirləyir. Bacısı İzabella Rembonun qeydinə qalır. Ölümündən bir qədər əvvəl Rembo bacısına Afrikaya gedən gəmi üçün bilet almasını xahiş edir, o, ölüm ayağında “Allahu Kərim” sözlərini işlədir.
10 noyabr 1891-ci ildə Fransada xəstəxanda vəfat edir.

Rembo şairdən daha çox xəyalpərəst idi, çünki o, heç vaxt böyüməmişdi, uşaq qalmışdı. "Mən səlib yürüşlərinin xəyalını qurdum, xəbərsiz-ətərsiz itkin düşüb, yeni torpaqlar, tarixi olmayan respublikaları kəşf edənlərdən olmaq istədim, qanlı din müharibələri, əxlaq inqilabları, xalqların və qitələrin hərəkatı, – hamısı gözümün önündə canlandı, bir sözlə bütün sehrlərə inandım”, – deyə Rembo “Cəhənnəmdə bir yay” kitabında yazır.

"Məqsədlər böyük olmalıdır. Əgər böyük deyilsə, ona can atmağa da dəyməz", o, son sözlərində deyirdi.

Xəstənin boğazına tüpürən mollalar, pambığı tibbə gətirən alim, Xalq yazıçısı Anarın babası... - Reportaj Pamela Lovun yeni kitabı təqdim edildi Lənətlənmiş dahi - Edqar Allan Po
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see131

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see125

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see124

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see122

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri