Icma.az
close
up
RU
“Arvadım ev işlərində və uşaqlara baxmaqda təmiz olmayıb, ona dəfələrlə...” MƏHKƏMƏ

“Arvadım ev işlərində və uşaqlara baxmaqda təmiz olmayıb, ona dəfələrlə...” MƏHKƏMƏ

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Samux rayonunda 1981-ci il təvəllüdlü Nəriman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Samux rayonunun kəndində baş verib. Kənd sakini yaşadığı evində aralarında baş vermiş ailə münasibətləri zəminində mübahisə zamanı əli ilə qəsdən həyat yoldaşı Vüsalənin sol göz nahiyyəsinə bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağıamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Samux rayonunun kəndində yaşayır, fərdi əməklə məşğuldur: “Zərərçəkmiş Vüsalə ilə 2019-cu il tarixdə ailə həyatı qurmuşam, 3 övladım var. Vüsalə ev işlərində və uşaqlara baxmaqda təmiz olmadığı üçün ona dəfələrlə irad bildirmişəm. Bu səbəbdən aramızda dəfələrlə mübahisələr olub”. 
Nəriman qeyd edib ki, məlum hadisə günü, gecə saat 4 radələrində evində yatan zaman uşaq altını islatdığı üçün natəmiz iy gəlib: “Bu səbəbdən Vüsaləyə uşağın altını dəyişmədiyinə görə iradımı bildirdim. Bu zaman Vüsalə uşağın altını dəyişmək istəmədi. Mən bu səbəbdən əsəbləşdim, əsəbimi cilovlaya bilmədiyim üçün sol əlimin arxa hissəsi ilə Vüsalənin sol göz nahiyyəsinə bərk vuraraq döydüm. Bu səbəbdən Vüsalə sol göz nahiyyəsindən xəsarət aldı. Mən buna əhəmiyyət vermədim. Həmin gün səhər tezdən duraraq işə getdim. Həmin gün axşam saatlarında işdən evə qayıtdım. Bu zaman Vüsalənin evdə olmadığını gördüm. Onun harada olması barədə qonşu və qohumlardan soruşdum. Bu zaman Vüsalənin Goranboy rayonun kəndində yaşayan baldızımın yanında olmasını müəyyən etdim. Mən baldızım ilə telefon əlaqəsi saxladım. Vüsalənin orada olduğunu, barəmdə şikayət etdiyini bildim”.
Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəriman 240 saat ictimai işlər cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Dekabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri