Icma.az
close
up
RU
“Arvadım rəhmətə gedən atamın qəbrinə söydü, mən də onu...” MƏHKƏMƏ

“Arvadım rəhmətə gedən atamın qəbrinə söydü, mən də onu...” MƏHKƏMƏ

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaçmaz rayonunda 1986-cı il təvəllüdlü Elşən Babayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 11 qeyri-rəsmi münasibətində olduğu Zəhraya (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 17 fevral 2024-cü ildə, səhər saatlarında Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən “Həyat İnşaat” ticarət mərkəzindən şimal-qərb istiqamətində 100 metr aralı məsafədə “Qusarçay” aptekin qarşısında baş verib. 
Elşən orada əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zəhra ilə barışaraq yenidən bir yerdə yaşamaları ilə bağlı təklifini rədd etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sağ əli ilə onun boyun nahiyyəsini sıxıb. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Zəhra keçmiş həyat yoldaşıdır:
“Hazırda biz ayrılmışıq. Bir uşağın saxlanılması üçün Zəhraya aliment ödəyirəm. Zəhra ilə Qusarçay kəndində yerləşən “Qusarçay” aptekinin yanında görüşdük. Zəhra uşaq üçün məndən pul istədi. Üstündə pul olmadığını söylədim. Zəhra rəhmətə gedən atamın qəbrinə söydü. Mən də əlimi Zəhranın boynuna ataraq dörd barmağım ilə sifətinin sağ tərəfinə vurdum. Ona “bu ağzıvı heç olmasa yığ da, qırağdan baxanlar var” dedim. Mənim bu hərəkətim “Qusarçay” aptekin kamerasına düşdü. Buna görə də Zəhra səs-küy saldı ki, mən onu vurmuşam. Mən Zəhraya əl qaldırmamışam”.
İbtidai istintaq zamanı ifadə verən Elşənin sözlərinə görə, Xaçmaz rayonu, Yataqoba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır: “Özüm müxtəlif yerlərdə fəhlə kimi çalışıram. 2014-cü ilin avqust ayında Xaçmaz rayon sakini Zəhra ilə qeyri-rəsmi ailə həyatı qurmuşam. Armızda rəsmi nikah olmayıb. Sadəcə olaraq dini kəbin olub. Birlikdə yaşadıqdan sonra da Zəhra ilə münasibətlərim heç vaxt yaxşı olmayıb. Münasibətlərimizin 11-ci ayında yola getmədiyimizə görə ayrıldıq. Onunla olan qeyri-rəsmi nikahından da 1 övladım var və övladın da anasının himayəsindədir. Mən Zəhradan ayrıldıqdan sonra peşman olmuşam. Zəhra ilə yenidən barışmaq istəmişəm. Çünki həm Zəhranı sevirdim, həmdə ki, ondan bir övladım var. İstəmirəm ki, övladım atasız böyüsün”. 
Elşən qeyd edib ki, 17 fevral 2024-cü ildə, səhər saatlarında yenidən Zəhra  ilə barışmaq üçün onun qarşısına çıxmaq istəyib: “Zəhra Qusarçay kəndində yerləşən ticarət mərkəzində satıcı kimi çalışıb. Mən də Zəhranın hərəkət trayektoriyasını bilirdim. Buna görə də Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən ticarət mərkəzindən şimal-qərb istiqamətində 100 metr aralı məsafədə “Qusarçay” aptekin qarşısında onu gözlədim. Zəhranı görən kimi də onun qarşısına çıxdım. Bu zaman Zəhra tək idi. Ondan xahiş elədim ki, gəl evimizə gedək və barışaq. Zəhra isə məni nalayiq ifadələrlə təhqir etdi. Buna görə də sağ əlim ilə onun boyun nahiyyəsindən sıxaraq yenidən birlikdə yaşamağı və evə getməyi təklif elədim. Ardınca isə əynimdəki gödəkçənin iç sol cibindən toy disklərini çıxardaraq ona göstərdim, yenidən xahiş elədim ki, gəl barışaq. Zəhra isə yenidən ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbləşərək sol əlim  ilə onun sifətinin sol nahiyyəsinə bir şillə vurdum. Ardıncada mübahisə böyüməsin deyə oradan uzaqlaşdım”.
İş üzrə zərərçəkmiş Zəhranın sözlərinə görə, 2014-cü ilin avqust ayında Xaçmaz rayon sakini Elşən ilə könüllü olaraq qaçmaqla ailə həyatı qurub: “Aramızda rəsmi nikah olmayıb. Sadəcə olaraq dini kəbin kəsmişik. Ailə həyatı qurduqdan sonra Elşənlə münasibətlərim heç vaxt yaxşı olmayıb. Elşən tez-tez spirtli içki içərək sərxoş vəziyyətdə mənimlə mübahisə edib. Buna görə məcbur olaraq Elşənlə olan münasibətimin 11 ayında ondan ayrıldım. Onunla olan münasibətimdən 1 övladım var. Elşənlə 2015-ci ilin iyul ayından boşandıqdan sonra 4 il ərzində ondan aliment tələb eləməmişəm”. 
Zərərçəkmiş qeyd edib ki, 2019-cu ilin axırlarından qızı Samirənin maddi xərclərini qarşılaya bilmədiyinə görə ondan alimentin alınması ilə bağlı Xaçmaz rayon məhkəməsinə müraciət edib: “Müraciətimdən sonra da məhkəmə qızım üçün hər ay 100 manat aliment kəsdi. Artıq 5 aya yaxındır ki, Elşən alimenti ödəmir. Alimenti ödəmədiyi son 4-5 aydır ki, Elşən artıq məni mütəmadi şəkildə narahat edib. Narahat etməsinin də səbəbi onun alimenti ödəmək istəməməsi, bundan əlavə yenidən mənimlə evlənməyi istəməsidir”. 
Zəhranın sözlərinə görə, 17 fevral 2024-cü ildə, səhər saatlarında yaşadığı evdən çıxaraq işlədiyi ticarət mərkəzinə gedib: “Ticarət mərkəzinin yaxınlığındakı aptekin qarşısından piyada keçən zaman anidən Elşən aptekin arxasından çıxaraq mənə yaxınlaşdı və sağ əli ilə boyun nahiyyəmi sıxaraq məni yaşadığı evə aparmaq istədiyini söylədi. Elşənə məndən əl çəkməli olduğunu və onunla yaşamaq istəmədiyimi söylədim. Elşən isə gödəkçəsinin sağ cibindən toy disklərimizi çıxardaraq məni hələ də sevdiyini söylədi. Həmin vaxt Elşən sərxoş idi. Mən isə yenidən məndən əl çəkməli olduğunu və artıq məni narahat etməməli olduğunu söylədim. Elşən sol əli ilə sifətimin sol nahiyyəsindən şillə ilə vurdu. Bu zaman mən də qışqıraraq ağladığıma görə Elşən məndən uzaqlaşaraq getdi”.
Bu cinayət işinə Xaçmaz Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elşənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Yanvar 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri